"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Böyük zəhmət hesabına bu uğura imza atıldı”

01 İyul 2015 - 02:53
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib

Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb

Mehriban Əliyeva “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb

 

Niyaməddin Orduxanlı: “Bütün dünyaya sübut etdik ki…”
Bu günə qədər 300-ə yaxın beynəlxalq əhəmiyyətli tədbirə, o cümlədən idman yarışlarına ev sahibliyi etmiş Azərbaycan I Avropa Oyunlarını da ən yüksək  gün ərzində bütün dünyanın, xüsusən də Avropa ailəsinin diqqəti Şərqin ilk Demokratik Respublikasının varisi, Cənubi Qafqazın lider dövlətində oldu. Möhtəşəm açılış və bağlanış mərasimlərinin, bir-birindən maraqlı idman yarışlarının təşkili ilə Azərbaycan tarix yazdı. Heç şübhəsiz, bundan sonra keçirilən növbəti Avropa Oyunlarında Azərbaycanın adı hər zaman hörmətlə anılacaq, bu oyunların ilk dəfə ölkəmizdə keçirildiyi xatırlanacaq. Avropa məkanında ilk dəfə Bakıda keçirilən idman yarışlarının əhəmiyyəti, ona verilən qiymət, təşkilatçılığın səviyyəsi və digər məsələlərlə bağlı “Azadinform” İnformasiya Agentliyinin suallarını Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı cavablandırır:
– Niyaməddin bəy, Azərbaycanda 12-28 iyun tarixlərində I Avropa Oyunları keçirildi. Avropa məkanında ilk dəfə Bakıda reallaşan beynəlxalq idman tədbiri Sizdə hansı təəssüratı oyatdı, ümumiyyətlə yarışlar necə keçdi?
– Müstəqil Azərbaycan dövləti tarixdə ilk dəfə idi ki, I Avropa Oyunlarına ev sahibliyi edirdi. Bu günə kimi bu cür tədbir olmamışdı. İlk dəfə fürsət yaranmışdı ki, Azərbaycan dövlətini milyonlarla insana göstərək, tanıdaq, ölkəmizlə bağlı əsl həqiqəti görsünlər. Yarışlar çox yüksək səviyyədə, demək olar ki, hətta Olimpiya oyunlarından da yüksək səviyyədə keçirildi. Bu tək mənim şəxsi qənaətim deyil. Bütün ictimaiyyətin, tədbirə gələn idmançıların, idman təşkilatlarının rəhbərlərinin və turistlərin gəldiyi fikirdir. Həqiqətən də biz bir dövlət olaraq bütün dünyaya sübut etdik ki, Azərbaycan ən inkişaf etmiş Avropa ölkələrindən – Almaniyadan, İngiltərədən, Fransadan və başqa ölkələrdən də üstün beynəlxalq idman yarışları keçirdə bilər və keçirtdik də.
– Cəmi 2 il yarım ərzində Azərbaycanın bu oyunlara bütün hazırlıqları başa vurmasını, təşkilatçılığını necə dəyərləndirirsiniz?
– 2 il yarım ərzində buna hazırlaşmaq və bunu çox yüksək səviyyədə keçirtmək doğurdan da böyük qəhrəmanlıq idi. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki özü də açılış mərasimində bunu qeyd etdi. Onlar gözləmirmiş ki, Azərbaycan dövləti 2 il ərzində bütün bunları başa çatdıra bilər. Özləri də etiraf etdi ki, bu inanılmaz hadisədir. Avropanın ən inkişaf etmiş ölkələri bu cür tədbirə ən azı 3-4 il əvvəldən hazırlıq işləri aparmalı idi. Şəxsən mən inanmıram ki, hansısa Avropa ölkəsi ilk Avropa oyunlarını Azərbaycan dövləti kimi bu cür təşkil edib, başa çatdıra bilərdi. Təbii ki, Azərbaycanın bu uğura imza atmasının əsas səbəbkarı cənab Prezident İlham Əliyevdir. Həmçinin də onu xüsusi qeyd etmək istəyirəm ki, Prezident İlham Əliyevin Bakı – 2015 Avropa Oyunları Təşkilat Komitəsinin sədri vəzifəsinə Azərbaycanın birinci xanımı, hörmətli Mehriban xanım Əliyevanın təyin etməsi də düzgün seçim oldu. Həqiqətən də Təşkilat Komitəsinin sədri Mehriban xanımın və komitə üzvlərinin böyük zəhməti oldu. Bunu hər kəs də gördü. Kiçik bir nöqsan olmadan bütün işlər uğurla aparıldı. Böyük zəhmət hesabına bu uğura imza atıldı.
– Sizcə, I Avropa Oyunları Azərbaycana və Avropaya nə verdi?
– Məncə, Avropa Oyunları Azərbaycan üçün həm də siyasi mənada böyük əhəmiyyət kəsb edirdi. Biz dövlət olaraq daha çox siyasi divident götürə bildik. Bilirsiniz ki, uzun illərdir müstəqil Azərbaycan dövlətinin əleyhinə dünyada mövcud olan güclü erməni diasporu ilə ermənipərəst qüvvələr fəaliyyət göstərir. Müxtəlif üsullarla Azərbaycanı gözdən salırlar və bizim vətəndaşların böyük əksəriyyətinin İslam dininin daşıyıcısı olduğunu əsas götürərək, bizi “yarı vəhşi dövlət” kimi tanıtmağa cəhd edirdilər. Heç kimə sirr deyil ki, bu gün Avropada, Qərbdə islamafobiya adı altında öz çirkin məqsədlərini həyata keçirirlər. Biz 50 Avropa ölkəsinə və başqa ölkələrə də göstərə bildik ki, Azərbaycan dünyəvi, hüquqi, demokratik bir ölkədir. Bizim ölkədə nəinki başqa din mənsubları, hətta ayrı-ayrı təriqət nümayəndələri də birgə yaşayır və onların heç birinin problemi mövcud deyil. Biz bir xalq olaraq həm də Avropa dəyərlərini daşıyırıq. Bizim ölkə tolerant bir ölkədir. Bütün bunları yüz milyonlarla insan öz gözləri ilə gördü. Erməni lobbisinin uzun illərdir əleyhimizə apardığı kampaniya darmadağın edildi. Bu da bizim ən böyük uğurlarımızdan biridir. Hər kəs Azərbaycan dövləti ilə bağlı əsl reallığı gözləri ilə gördü.
– Avropanın nəbzinin Bakıda döyündüyü 17 gün ərzində, eləcə də bu oyunlardan öncə Azərbaycanın konstruktiv və radikal müxalifətin davranışını necə qiymətləndirirsiniz?
– Bilirsiniz ki, mən də uzun müddətdir ki, konstruktiv bir partiyanın – BAXCP-nin rəhbər orqanında təmsil olunuram. 15 ilə yaxındır ki, BAXCP sədrinin müavini vəzifəsində çalışıram. Birmənalı şəkildə qeyd etmək istəyirəm ki, ölkəni təmsil edən konstruktiv partiyaların hamısı özünü şərəflə apardı və milli məsələlərdə həmişə olduğu kimi, bu dəfə də dövlətin yanında oldu. Ona qarşı aparılan çirkin kampaniyanın əleyhinə getdi. Birgə fəaliyyət oldu. Çox təəssüf ki, radikal müxalifət təmsilçiləri, xüsusən Əli Kərimli bu iki il ərzində hər gün öz fəaliyyəti ilə ilk Avropa Oyunlarına qarşı, Azərbaycana qarşı antikampaniyanın başında durdu. Milli maraqlarımızı sevməyən və buna görə ciddi narahatçılıq keçirdən bəzi beynəlxalq təşkilatların, qurumların yanında yer aldılar, durdular. Bütün enerjisini, gücünü Azərbaycan dövlətinin əleyhinə yönəltdilər. Bəzi beynəlxalq təşkilatlar təbii ki, bu siyasi düşərgədən çox məharətlə istifadə etdilər. Ancaq ciddi bir iş görə bilmədilər. Radikal siyasi düşərgənin xalq arasında güclü sosial dayaqları yoxdur. Öz ətrafında olan adamların böyük əksəriyyəti bunlardan imtina edib siyasətdən gediblər. Bir adam ki, 25 ildir eyni siyasi mövqeyi bölüşür və indiyə qədər də heç bir uğur əldə etməyib, ondan yaxşı nə gözləmək olar? Bu adamların fikri, düşüncəsi ölkədə sabitliyin pozulmasına yönəlib. Bunu da xalq yaxşı görür. Odur ki, bu qüvvələrə dəstək vermir.
– Radikal müxalifətlə yanaşı, daxilimizdə “5-ci kolon” funksiyasını yerinə yetirənlər də bəzi xarici dairələrlə əlbir olub hər vəchlə I Avropa Oyunlarının əhəmiyyətini azaltmağa, ölkəmizin nüfuzuna xələl gətirməyə çalışırdılar. Onların bu çalışmalarının heç bir nəticə verməməsi, ölkəmizə qarşı aparılan kampaniyanın iflasa uğraması nəyin göstəricisidir?
– Sizinlə tam razıyam ki, bütün bu fəaliyyət ona yönəldilmişdir ki, ölkənin imicinə ziyan gəlsin. Bəzi beynəlxalq təşkilatların Avropa Oyunları qabağı verdiyi bəyanatlar sadəcə, bir bəhanə rolunu oynayırdı. 2-3 adamın hüququnun pozulması bu təşkilatları qətiyyən maraqlandırmır. Biz bir nəfərin də hüququnun  pozulmasının tərəfdarı deyilik. Sadəcə bu təşkilatların necə riyakar siyasət aparmasını qeyd edirik. Yüz milyonlara vətəndaşımızın, nəinki hansısa bir hüququ, adi öz evində yaşam hüququ əlindən alınıb. Ermənistan dövləti rəsmən Azərbaycanın 20 faiz ərazisini işğal edib. Milyon yaxın soydaşımız didərgin düşüb. Xocalı soyqırımı törədilib. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi qəbul edilib. Niyə bu təşkilatlar bir dəfə də olsun bu hadisələri sadalamadılar? Müxtəlif bəhanələrlə, Azərbaycana təzyiq yolunu seçdilər. Ancaq heç bir nəticə əldə edilmədi. Utanmadan o cür təşkilatlar Avropa ölkələrindən gələn atletlərə müraciət etdilər ki, siz bir idmançı olaraq Azərbaycanda kiminsə hüququnun pozulmasını qabardın. Nəticədə nə baş verdi? 50 ölkədən gələn 6000-dən çox idmançı bu təşkilatların bəyanatına əhəmiyyət vermədi. Bir nəfər idmançı da o cür bəyanata baş qoşmadı. Yalnız Azərbaycanda olan və özlərinin təsiri ilə fəaliyyət göstərən radikal müxalifət və “5-ci kolon” funksiyasını yerinə yetirən 5-10 adamdan başqa heç kim bunlara dəstək vermədi. Özlərini biabır etdilər. Onu da deyim ki, bütün bunların əsas səbəbi cənab Prezident İlham Əliyevin apardığı müstəqil siyasətlə bağlıdır. Əsl səbəb budur!
Previous Post

“Böyük zəhmət hesabına bu uğura imza atıldı”

Next Post

Neftin ucuzlaşması davam edir

Bənzər yazılar

Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib

Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib

27 Oktyabr 2026 - 20:29

Rumıniya Xarici İşlər Nazirliyi (XİN) Rusiya səfirini çağırıb və sentyabrın 14-də Braşovda törədilmiş təxribatla əlaqədar ona qəti etirazını bildirib. Elchi.az...

Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb

Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb

27 Oktyabr 2026 - 20:02

Türkiyənin Naxçıvandakı Baş konsulu Əli Sevim vəzifəsinin icrasına başlayıb. Elchi.az  xəbər verir ki, ​Türkiyənin Naxçıvandakı Baş Konsulluğuna təyin olunan Əli...

Mehriban Əliyeva “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb

Mehriban Əliyeva “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb

27 Oktyabr 2026 - 20:00

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyevanın Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli rəssam, Azərbaycan...

Somalidən 20 tələbə Azərbaycanda təhsil alacaq

Somalidən 20 tələbə Azərbaycanda təhsil alacaq

27 Oktyabr 2026 - 15:44

2026–2027-ci tədris ili üzrə 20 nəfər Somali vətəndaşı Azərbaycanın ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Bu barədə Elchi.az-a Elm...

Next Post

Neftin ucuzlaşması davam edir

Medvedevin erməni milyarderlə gizli görüşü

Son xəbərlər

SEPAH: İranda iki terrorçu dəstənin üzvləri həbs ediliblər

SEPAH: İranda iki terrorçu dəstənin üzvləri həbs ediliblər

27 Oktyabr 2026 - 20:36
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib

Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib

27 Oktyabr 2026 - 20:33
Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib

Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib

27 Oktyabr 2026 - 20:29
Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb

Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb

27 Oktyabr 2026 - 20:02
Mehriban Əliyeva “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb

Mehriban Əliyeva “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb

27 Oktyabr 2026 - 20:00
Stubb Putinə zəng etməsinin pərdəarxası məqamlarını açıqladı

Stubb Putinə zəng etməsinin pərdəarxası məqamlarını açıqladı

27 Oktyabr 2026 - 19:28
Azərbaycan Kuboku: Daha iki komanda 1/8 finala yüksəldi

Azərbaycan Kuboku: Daha iki komanda 1/8 finala yüksəldi

27 Oktyabr 2026 - 19:15
Azərbaycanın indiyədək ixrac etdiyi təbii qazın həcmi açıqlanıb

Azərbaycanın indiyədək ixrac etdiyi təbii qazın həcmi açıqlanıb

27 Oktyabr 2026 - 19:09
Bakıda İƏT-in korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilib

Bakıda İƏT-in korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilib

27 Oktyabr 2026 - 19:00
Dövlət sərhədini pozmağa cəhd edən əfqanlar saxlanıldı

Dövlət sərhədini pozmağa cəhd edən əfqanlar saxlanıldı

27 Oktyabr 2026 - 18:49
Azərbaycanın 8 cüdoçusu Neapolda keçiriləcək Avropa çempionatına qatılacaq

Azərbaycanın 8 cüdoçusu Neapolda keçiriləcək Avropa çempionatına qatılacaq

27 Oktyabr 2026 - 18:35
PA Vətəndaş Qəbulu Mərkəzində noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

PA Vətəndaş Qəbulu Mərkəzində noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

27 Oktyabr 2026 - 18:28
Tusk: ABŞ və NATO “Patriot” mərkəzi üçün Polşanı seçir

Tusk: ABŞ və NATO “Patriot” mərkəzi üçün Polşanı seçir

27 Oktyabr 2026 - 18:20
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb – YENİLƏNİB

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb – YENİLƏNİB

27 Oktyabr 2026 - 18:13
Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub

Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub

27 Oktyabr 2026 - 18:07
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.