"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Böyük müharibədən qaçmağın mümkün olacağına inanıram”

20 Fevral 2022 - 21:25
in MANŞET
FacebookVatsap

Bunu da oxuyun

Sabah bəzi rayonlarda leysan olacaq – XƏBƏRDARLIQ

Meloni vəzifəsində rekord müddət qalması münasibətilə təbrikə görə İlham Əliyevə təşəkkür edib

Netanyahu: “İran rejiminin devrilməsi əlçatan məsafədədir”

Qüdrət Həsənquliyev: “Rusiyanın hərbi gücü qarşısında Ukraynaya edilən kömək istehza doğurur”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini oxucularımıza təqdim edirik:
– Qüdrət bəy, Rusiya ilə Ukrayna arasında münasibətlər gərginləşəndə hadisələrin böyük müharibəyə gətirib çıxarmayacağını, sonda sağlam düşüncənin, diplomatiyanın qalib gələcəyini söyləmişdiniz. Donbasda baş verən son hadislər fikrinizin dəyişməsinə səbəb olmayıb ki?
– Əvvəllər də qeyd etdiyim kimi, həm ABŞ, həm də Rusiya beynəlxaq arenada mövqelərini gücləndirmək istəyir, ona görə də tərəflər maksimalist mövqe sərgiləyir və hələlik heç kim güzəştə getmək istəmir. Müharibə olarsa, hər iki tərəfdən on minlərlə gəncin həyatını itirməsi, yüz minlərlə insanın əlil, iztirablı və məşəqqətli həyata düçar olmaları proqnozlaşdırılır. Bu səbəbdən, hələ də sağlam düşüncənin qalib gələcəyinə inamımı itirməmişəm. Rusiya ilə Ukrayna arasındakı mümkün müharibəni qardaş qırğını kimi də xarakterizə etmək olar. İki slavyan xalqının müharibəsi yüzillər ərzində sağalmayan izlər buraxacaq, əsrlərlə davam edəcək bir düşmənçiliyin əsasını qoyacaq.
Qərb Ukraynaya müəyyən silahlar verməklə hərbi dəstək görüntüsü yaratmağa çalışsa da, Rusiyanı böyük müharibədən çəkindirə biləcək “Patriot” `hava hücumundan müdafiə sistemləri, “STEALTH” və digər müasir döyüş təyyarələri vermir. Hətta həmin silahları uzunmüddətli kreditlər ayırmaqla sata da bilərdi. ABŞ bəyan edir ki, Rusiya Ukraynaya hücum edəcəyi halda əvvəllər heç vaxt tətbiq olunmamış ağır sanksiyalar tətbiq edəcək və tərəflər bundan ciddi ziyan görəcək. Olmazmı ki, həmin ziyanın və insan itkisinin qarşısını almaq üçün ehtimal olunan ziyanın qarşılığında Ukraynaya qeyd etdiyim silahlar verilsin? Rusiyanın hərbi gücü qarşısında hazırda edilən kömək insanlarda yalnız acı təbəssüm və istehza doğurur. Eyni zamanda, Ukrayna tələb etsə də ki, müharibə başlayandan sonra sanksiyaların tətbiqi müharibəni dayandırmayacaq, ona görə də sanksiyaların nədən ibarət olacağı indi açıqlanmalıdır. Bu isə edilmir. Adama elə gəlir ki, Qərb Ukraynanı köməksiz qoymaqla 2014-cü ildə olduğu kimi Rusiyanı hərbi müdaxilyə təhrik etmək istəyir. 1994-cü il Budapeşt memorandumu ilə Böyük Britaniya və ABŞ Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə təminat verməklə onu aldadıb, malik olduğu nüvə silahını əlindən alıb veriblər Rusiyaya. İndi isə beynəlxalq öhdəlikdən doğan dövlət ləyaqətini bir kənara atılıblar və hər dəqiqə bəyan edirlər ki, onlar müharibəyə qatılmayacaqlar. ABŞ və müttəfiqləri dünyanın ən böyük hərbi gücünə sahib olub, demokratiyanı müdafiə edəcəklərini bəyan etsələr də, sanki başqalarından kömək istəyirlərmiş kimi dünyanın demokratik bir dövlətinin məhv ediləcəyindən “üzüntü” ilə danışırlar, amma Rusiyanın təhlükəsizliyinə təminat verilməsi məsələsində geri çəkilməyəcəklərində israr edirlər. Ukraynanın məğlub olacağını hər addımları ilə nümayiş etdirsələr də, müharibədən qaçmaq üçün bu istiqamətdə addım atmağa Ukraynaya imkan vermirlər. Elə-belə demirlər ki, ABŞ-la düşmən olmaq təhlükəli, dost olmaq isə ölümcül təhlükəlidir. Belə görünür, Ukraynada bunu nəzərə almayıblar və indi acısını yaşayırlar. Müşahidə etdiklərimiz nə qədər ağır olsa da, sonda böyük müharibədən qaçmağın mümkün olacağına inanıram. ABŞ və Rusiya qaşılıqlı güzəşt yolu ilə müharibədən qaçmalıdırlar.
– ABŞ niyə Ukraynaya Rusiyanı düşünməyə vadar edəcək və dayandıra biləcək qədər hərbi yardım etmir?
– ABŞ və müttəfiqləri əsgəri yardım edərlərsə belə, müharibəni uduzacaqlarından qorxurlar. Həm də qorxurlar ki, Rusiya nüvə zərbələri endirə bilər. Putinin buna qadir olduğuna əmindirlər. Onlar Ukraynada partizan müharibəsi təşkil etməklə, Əfqanıstanda olduğu kimi, Rusiyanı məğlub etmək, həm də ola bilsin federasiyanı parçalamaq istəyirlər.
– Çin niyə müharibəni önləmək üçün hadisələrə müdaxilə etmir?
– Ola bilsin, düşünürlər ki, bu müharibədə həm Qərb zəifləyər, həm də Rusiya Federasiyası dağılarsa Sibirə də onlar yiyələnər.
– Prezident İlham Əliyevin Moskvaya səfərini necə qiymətləndirirsiniz?
– Bu səfərdən öncə Prezident Ukraynaya səfər etmişdi. Həmin səfər də çox əhəmiyyətli idi. Azərbaycan və Türkiyə məhdud imkanlar çərçivəsində Ukrayna böhranının sülh yolu ilə həllinə tövhə verməyə çalışır. Biz Qarabağ məsələsində Rusiyadan müəyyən məsələlərdə narazı qalsaq da dostluq və əməkdaşlıq siyasəti inkişaf etdirilməlidir. Bunu Azərbaycanın milli və dövlət maraqları tələb edir. Səfər çərçivəsində müzakirə olunacaq ən mühüm məsələlər yəqin ki, Ukrayna böhranı ilə yanaşı Ermənistanla münaqişə və bu münaqişədə Rusiyanın rolu, iqtisadi əməkdaşlığın genişləndirilməsi və təhlükəsizlik məsələləri olacaq.

Previous Post

“Böyük müharibədən qaçmağın mümkün olacağına inanıram”

Next Post

Birinci vitse-prezidentin uğur marafonu

Bənzər yazılar

Sabah bəzi rayonlarda leysan olacaq – XƏBƏRDARLIQ

Sabah bəzi rayonlarda leysan olacaq – XƏBƏRDARLIQ

04 Sentyabr 2026 - 21:55

Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə...

Meloni vəzifəsində rekord müddət qalması münasibətilə təbrikə görə İlham Əliyevə təşəkkür edib

Meloni vəzifəsində rekord müddət qalması münasibətilə təbrikə görə İlham Əliyevə təşəkkür edib

04 Sentyabr 2026 - 20:59

İtaliyanın Baş naziri Corcia Meloni Azərbaycan Prezidenti İlham Əliyevə hökumət başçısı postunda ən uzun müddət qalması münasibətilə təbrikinə görə təşəkkür...

Netanyahu: “İran rejiminin devrilməsi əlçatan məsafədədir”

Netanyahu: “İran rejiminin devrilməsi əlçatan məsafədədir”

04 Sentyabr 2026 - 13:00

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, İran rejimi çökmək üzrədir və onun devrilməsi yaxın gələcəkdə reallığa çevrilə bilər. Elchi.az...

İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi Cenevrədə müzakirə olunub

İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi Cenevrədə müzakirə olunub

03 Sentyabr 2026 - 20:01

Beynəlxalq və regional parlament təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi təcrübə mübadiləsinə, ortaq problemlərə birgə həllərin tapılmasına və müxtəlif regionların prioritetlərinin qlobal...

Next Post
Birinci vitse-prezidentin uğur marafonu

Birinci vitse-prezidentin uğur marafonu

AMB-nin valyuta məzənnələri

AMB-nin valyuta məzənnələri

Son xəbərlər

Sabah bəzi rayonlarda leysan olacaq – XƏBƏRDARLIQ

Sabah bəzi rayonlarda leysan olacaq – XƏBƏRDARLIQ

04 Sentyabr 2026 - 21:55
ABŞ Uitkoffla Kuşnerin səfəri müddətində Ukrayna və Rusiyanı qarşılıqlı zərbələri dayandırmağa çağırıb

ABŞ Uitkoffla Kuşnerin səfəri müddətində Ukrayna və Rusiyanı qarşılıqlı zərbələri dayandırmağa çağırıb

04 Sentyabr 2026 - 21:53
Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

04 Sentyabr 2026 - 21:09
MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

04 Sentyabr 2026 - 21:05
Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub

Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub

04 Sentyabr 2026 - 21:03
Meloni vəzifəsində rekord müddət qalması münasibətilə təbrikə görə İlham Əliyevə təşəkkür edib

Meloni vəzifəsində rekord müddət qalması münasibətilə təbrikə görə İlham Əliyevə təşəkkür edib

04 Sentyabr 2026 - 20:59
Məhkəmə Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb

Məhkəmə Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb

04 Sentyabr 2026 - 19:26
Xalq artisti Murad Adıgözəlzadənin müalicə prosesi nəzarətə götürülüb

Xalq artisti Murad Adıgözəlzadənin müalicə prosesi nəzarətə götürülüb

04 Sentyabr 2026 - 19:12
Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edilib

Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edilib

04 Sentyabr 2026 - 18:53
Bakı, Sumqayıt və Abşeronda ağaclar kəsildi: Dəyən zərər…

Yaşıllıqlara 200 min manat ziyan vuruldu

04 Sentyabr 2026 - 18:45
Sahibə Qafarova Cenevrə Universitetində çıxış edib

Sahibə Qafarova Cenevrə Universitetində çıxış edib

04 Sentyabr 2026 - 18:36
Nepaldakı daşqın qurbanlarının sayı təxminən 1,3 min nəfərə çatıb

Nepaldakı daşqın qurbanlarının sayı təxminən 1,3 min nəfərə çatıb

04 Sentyabr 2026 - 18:22
Bakı metrosunda ötən ay 18 milyondan çox səfər qeydə alınıb

Bakıda yeni metro stansiyanın adı “20 Sentyabr” olacaq

04 Sentyabr 2026 - 18:14
Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

04 Sentyabr 2026 - 17:59
Məleykə Abbaszadə: Bu il cəmi 1393 plan yeri boş qalıb

Məleykə Abbaszadə: Bu il cəmi 1393 plan yeri boş qalıb

04 Sentyabr 2026 - 17:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.