Avropa İttifaqının diplomatiya rəhbəri Josep Borrell bildirib ki, Ukraynadakı münaqişə Qərblə dünyanın digər hissələri arasında fikir ayrılıqlarını göstərdi. Elchi.az bu barədə Lent.ru-ya istinadən xəbər verir.
“Rusiya və Ukrayna arasındakı münaqişə transatlantik alyansı yenidən birləşdirib və eyni zamanda, dünyanın digər hissələri ilə fikir ayrılıqlarını üzə çıxardı. Bu uyğunsuzluqların böyüməsi və əhəmiyyətli bir boşluğa çevrilməsi riski var “deyə o bildirib.
Borrell həmçinin Britaniyanın keçmiş xarici işlər naziri Devid Milibenddən sitat gətirib. O, xarici İşlər üzrə nəşrdə Qərblə digər regionlar arasında uçurumun Rusiya-Ukrayna münaqişəsindən kənara çıxdığını deyib.
Havar Şəfiyeva