Aİ diplomatiyasının rəhbəri hesab edir ki, Tayvan məsələsi açıq dialoq yolu ilə həll edilməlidir.
Elchi.az xəbər verir ki, Avropa İttifaqı Tayvanın müstəqilliyinə qarşı çıxır, lakin onunla əməkdaşlıq etmək arzusunu ifadə edir.
Bu sözləri Avropa diplomatiyasının rəhbəri Josep Borrell South China Morning Post üçün rəy məqaləsində deyib.
“Mövqeyimiz aydındır: Tayvanı müstəqil dövlət kimi tanımırıq”, – Borrell yazıb.
Avropalı diplomat istənilən tərəfin hədə-qorxu, zorakılıq və güc tətbiqinə “yox”, Aİ ilə Tayvan arasında ikitərəfli əlaqələrə, o cümlədən gərginliyin mənalı və açıq dialoq yolu ilə həllinə “hə” dedi.
Şayəstə Hüseynova