Borrell: Aİ Ukraynadakı münaqişəyə qarışmaq istəmir

44

“Aİ Ukraynadakı münaqişəyə qarışmır və silahlı münaqişənin tərəflərindən birinə çevrilmək istəmir”.

Elchi.az Vesti.ru-ya istinadən xəbər verir ki, bu fikirləri Avropa diplomatiyasının rəhbəri Cozep Borrel söyləyib.

Siyasətçi etiraf edib ki, Aİ Ukraynaya hərbi yardım edir. O, bildirib ki, Ukraynada münaqişə hələ 2014-cü ildən başlamışdı və Avropa İttifaqı sona qədər bundan qaçmağa çalışıb.

Xatırladaq ki, Borrel daha əvvəl bildirmişdi ki, Aİ artıq Kiyevə ümumilikdə 10 milyard avro məbləğində hərbi yardım edib. Buna Avropanın Ukraynaya verdiyi bütün maliyyə dəstəyini də əlavə etsək, Aİ-nin Ukraynaya ümumilikdə 50 milyard avro yardımı olub.

Yeganə