Serbiyanın prezidenti Aleksandr Vuçiç və özünü Kosovonun baş naziri elan edən Albin Kurti Brüsseldə keçirilən danışıqlarda Avropa İttifaqının (Aİ) münasibətlərin tənzimlənməsi üçün təklif etdiyi yolla getməyə razılaşıblar.
Elchi.az xəbər verir ki, bunu Avropa İttifaqının diplomatiya rəhbəri Cozep Borrel danışıqlardan sonra bildirib.
“Prezident Vuçiç və baş nazir Kurtinin bu gün razılaşdıqlarını elan etməkdən məmnunam. Kosovo və Serbiya arasında münasibətlərin nizamlanmasına dair Avropa təklifinin əlavə müzakirəyə ehtiyacı yoxdur. Mətn Avropa Xarici Siyasət Xidmətinin saytında dərc olunacaq”, – deyə Borrel bildirib.
Onun sözlərinə görə, bu müqavilə Kosovo və Serbiya sakinlərinə aiddir:
“Anlaşma Kosovo və Serbiyanın öz pasportları, yerli şəxsiyyət vəsiqəsi və yerli avtomobil nömrələri ilə sərbəst gediş-gəlişi nəzərdə tutur”.
Yeganə