ABŞ prezidentinin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton İctimai Yayım Xidmətinə müsahibəsində Rusiya prezidenti Vladimir Putinlə bağlı fikirlərini bölüşüb.
Elchi.az bu barədə Rusiya mediasına istinadən xəbər verir.
“O, həmişə özünə güvənən peşəkar təəssüratı yaradan sərt və soyuqqanlı bir insandır”,-deyə Bolton qeyd edib.
O, 2001-ci ilin sonlarında ilk görüşdükləri andan 2019-cu ildə baş verən sonuncu görüşə qədər Rusiya dövlətinin başçısının davranışında böyük bir dəyişiklik hiss etmədiyini söyləyib. Boltonun sözlərinə görə, Putin hiss etdi ki, Rusiya Federasiyası dünyada əhəmiyyətli bir rol oynayır və bütün bu güvəni nümayiş etdirmək istəyirdi.
Keçmiş müşavir həmçinin qeyd edib ki, Putin sahib olduğu gücdən xəbərdardır və həmçinin hesab edir ki, Rusiya lideri və Rusiya Federasiyasında bu günə qədər bir çoxları Sovet İttifaqının dağılmasını qeyri-qanuni tanıyır və Rusiya prezidenti onu bərpa etmək istəyir.
Yeganə