Bolqarıstanın Varna şəhərində Kabakum çimərliyində Ukraynadan üzən dəniz minası aşkar edilib. Elchi.az xəbər verir ki, bu barədə Bolqarıstan Milli Televiziyasına kontr-admiral Kirill Mixaylov məlumat verib.
“YaM2 tipli partlayıcı qurğu Ukraynadakı döyüş bölgəsindən gətirilib. Hazırda mina sahildən təhlükəsiz məsafədə partlatmaq üçün mina gəmisi tərəfindən dənizə çıxarılır”, – deyə o qeyd edib.
Telekanalın məlumatına görə, minanın tapıldığı ərazi mühasirəyə alınıb. Partlayıcı qurğu daha sonra hərbçilər tərəfindən məhv edilib.
Havar Şəfiyeva