Rusiyadan hərbi təhlükə yaranarsa, NATO Polşaya 300 minə yaxın əsgər göndərə bilər. Elchi.az xəbər verir ki, bu sözləri Polşa ordusu generalı Karol Dymanowski “TVP İnfo” -da deyib.
“Bunlar NATO-nun Vilnüsdə keçirilən sonuncu sammitdə siyasi səviyyədə təsdiq edilmiş son planlarının müddəalarıdır. İndiyədək NATO-nun önündə 40 min əsgər var idisə, indi 300 min olacaq”, – deyə zabit bildirib.
Dymanovski həmçinin etiraf edib ki, alyansın qüvvələri hətta müharibə başlamazdan əvvəl təhlükə altında olan ölkədə yerləşdirilmə yerinə gələcək.
Havar Şəfiyeva