Bolqarıstanda sistemlərarası Bolqarıstan-Serbiya qaz kəmərinin tikintisinə başlanılması ilə bağlı rəsmi mərasim keçirilib.
Elchi.az xarici mediaya istinadən xəbər verir ki, mərasimdə Bolqarıstan Prezidenti Rumen Radev və Serbiya Prezidenti Aleksandr Vuçiç iştirak ediblər.
Onlar qaz kəmərinin tikintisinə də baxış keçiriblər. Radev bildirib ki, kəmər Bolqarıstana daha geniş qaz bazarına çıxış imkanı verəcək.
Qeyd edək ki, qaz kəmərinin ümumi uzunluğu 170 kilometr, ötürmə qabiliyyəti 1,8 milyard kubmetr təşkil edəcək və əks tədarükü mümkün olacaq.
Yeganə