Azərbaycan boksçusu Nəbi İsgəndərov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatına qələbə ilə başlayıb.
Elchi.az xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü 1/16 final mərhələsində Ali Habibinejadla (İran) döyüşüb.
Görüş İsgəndərovun qələbəsi ilə yekunlaşıb. Gəncə boks məktəbinin yetirməsi rəqibini 4:1 (27:30, 29:28, 29:29, 30:26, 29:28) hesabı ilə məğlub edib. O, 1/8 finalda rusiyalı Tarxan İdiqovla üz-üzə gələcək. Qarşılaşma mayın 9-da olacaq.
Qeyd edək ki, 107 ölkədən 538 idmançının qatıldığı dünya çempionatı mayın 14-də başa çatacaq.
Messi İspaniya klubunu aldı
ABŞ-nin "İnter Mayami" futbol klubunun argentinalı hücumçusu Lionel Messi İspaniyanın ikinci divizionunda (Sequnda) çıxış edən "Eldense" klubunun sahibi olub. Elchi.az...



















Son şərhlər