Ukraynada Rusiyanın hərbi müdaxilə etdiyi gündən – 24 fevraldan bəri 6,9 min dinc sakin həyatını itirib, 10,9 min insan isə xəsarət alıb.
Elchi.az xəbər verir ki, bu barədə BMT-nin müvafiq strukturunun məlumatında deyilir.
“24 fevral 2022-ci ildən 26 dekabra qədər olan tarixdə BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı dinc sakinlər arasında 17 min 831 qurban qeydə alıb: 6884 ölü, 10 947 yaralı”, – deyə bildirib.
Kəlbəcərin Baş planı təsdiqləndi
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib. Elchi.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Bildirilib...