Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Şimali Koreyanın qitələrarası ballistik raket sınağını pisləyib.
Elchi.az bu barədə xarici mediaya istinadən bildirir.
“Baş katib Şimali Koreyanın qitələrarası mənzilə malik daha bir ballistik raket buraxmasını qətiyyətlə pisləyir”,-deyə BMT-nin bəyanatında qeyd olunub.
Bəyanatda Şimali Koreyadan BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında bütün müvafiq beynəlxalq öhdəliklərə tam əməl etməyə və onu gələcək sabitliyi pozan hərəkətləri dərhal dayandırmağa çağırılıb.
Yeganə