Dünya planeti xilas etmək mübarizədə uduzur. Bəşəriyyət üçün iqlim məqsədlərinə çatmaqda uğursuzluğu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransının sədri Sultan bin Əhməd əl-Cabir proqnozlaşdırıb. Elchi.az bu barədə “Reuters”a istinadən yazır.
Afrika qlobal istiləşmənin xüsusilə ağır zərbə aldığı ölkələrdən biri hesab olunur. Eyni zamanda, materik yeni şəraitə uyğunlaşmaq üçün lazım olan vəsaitin yalnız 12 faizini alır. Afrika səlahiyyətliləri qeyd edirlər ki, investisiyalar fayda gətirəcək, lakin ehtiyacları tam ödəmək üçün qlobal iqlim maliyyə sisteminin transformasiyası tələb olunacaq.
Əl-Cabir daha əvvəl bildirib ki, qalıq yanacaqların qlobal şəkildə dayandırılması qaçılmazdır.
Havar Şəfiyeva