Kiyevdə səfərdə olan ABŞ Dövlət katibi Blinken ilə Danimarka Baş naziri Mette Frederiksen arasında görüş keçirilib.
Elchi.az xəbər verir ki, bu barədə Danimarkanın DR portalı məlumat yayıb.
“Danimarka tərəfindən F-16 döyüş təyyarələrinin Ukraynaya təhvil verilməsi müzakirə edilib. Çünki ABŞ təyyarənin tədarükündən əvvəl bunu rəsmi şəkildə təsdiqləməlidir”, – məlumatda qeyd olunub.