Birləşmiş Millətlər Təşkilatı daxili qarşıdurmaların bitdiyi Efiopiyanın Tiqray əyalətində 800 min uşaq üçün qızılcaya qarşı peyvənd kampaniyasına başlayıb.
Elchi.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondu (UNICEF) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) kampaniya çərçivəsində Tiqrayda 6 aydan 59 aya qədər olan 800 mindən çox uşağa peyvənd etməyi hədəfləyir.
UNICEF-dən verilən açıqlamada peyvənd zamanı uşaqların fiziki və sağlamlıq vəziyyətinin də yoxlanılaraq müalicə olunduğu bildirilib. Həmçinin qeyd olunub ki, münaqişələr səbəbindən COVID-19 peyvəndi olmayan hamilə və ya uşaq əmizdirən qadınlar da tibb müəssisələrində peyvənd oluna bilərlər.
Şayəstə