BMT Avropanın hərbiləşdirilməsi ilə bağlı narahatlığını ifadə edib

Bir sıra Avropa ölkələrində siyasi təfəkkürün militarizasiyası narahatlıq doğuran təhlükəli tendensiyadır. Bu barədə mayın 23-də BMT baş katibinin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Anxel Moratinos danışıb.
Elchi.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Moratinos müsahibəsində vurğulayıb ki, Avropa birliyi bu ərazilərdə yaşayan xalqlar üçün sülh və firavanlıq bərqərar etmək məqsədi ilə yaradılıb. Lakin hazırda, onun sözlərinə görə, birlik yenidən silah və hərbi texnika istehsalına qayıtdığından, Avropa icma qurucularının ideyaları ilə ziddiyyət təşkil edir.
Nuranə Məmmədova