ABŞ dövlət katibi bildirib ki, Vaşinqton Ukrayna üzrə sülh danışıqları üçün heç bir perspektiv görmür.
Elchi.az xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken etiraf edib ki, Rusiyanın Ukraynada xüsusi əməliyyat keçirmək üçün böyük resursları var.
“Bu, şiddətli döyüşdür. Rusiyanın (Ukraynadakı xüsusi əməliyyata) sərmayə qoyduğu böyük resurs var”, – Blinken Davosda çıxışı zamanı deyib.
O, həmçinin qeyd edib ki, hazırda Vaşinqton Ukraynada uzunmüddətli atəşkəsə dair danışıqlar üçün heç bir perspektiv görmür.
Şayəstə Hüseynova