“ABŞ Ukrayna silahlı qüvvələrinin Rusiya ərazisinə zərbə endirməsini dəstəkləmir”.
Elchi.az Reuters.com-a istinadən xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Entoni Blinken Kiyevin Rusiyanın neft emalı zavodlarına və digər obyektlərinə hücumları ilə bağlı Parisdə keçirdiyi mətbuat konfransında bildirib.
“Bizim Ukrayna ilə bağlı baxışımız və siyasətimiz ilk gündən belə olub: Ukraynanın özünü Rusiyanın təcavüzündən müdafiə etmək üçün hər şeyi etmək. Eyni zamanda, biz Ukraynanın öz ərazisindən kənardakı hücumlarını dəstəkləmirik və onlara töhfə vermirik”, – deyə ABŞ dövlət katibi vurğulayıb.
Eyni zamanda Fransanın xarici işlər naziri Sejurne Ukraynanın Rusiyadakı neft obyektlərinə hücumları ilə bağlı bildirib ki, Kiyev hüquqi müdafiə çərçivəsində hərəkət edir.
Yeganə