"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

“Bizə belə dəyərlər lazım deyil” – İlham Əliyev

15 Sentyabr 2015 - 16:20
in SİYASƏT
FacebookVatsap

““Bizə belə dəyərlər lazım deyil” - İlham Əliyev “Biz gənclərimizi yad təsirlərdən, bizə xas olmayan dırnaqarası dəyərlərdən qorumalıyıq. Qloballaşma adı altında eyniləşmə gedir. Bəzi beynəlxalq dairələr sanki təsir məntəqələrini yaratmaq istəyirlər. Bizim isə öz yolumuz var”.

Bunu da oxuyun

Sahibə Qafarova Bişkekdə TÜRKPA Şurasının iclasında çıxış edib

Azərbaycan-BƏƏ hərbi əməkdaşlığı müzakirə olundu – FOTO

Gürcüstan Patriarxlığı: Azərbaycanla münasibətlərimiz qarşlılıqlı hörmətə əsaslanır

“Qafqazinfo” xəbər verir ki, bunu prezident İlham Əliyev Bakının Sabunçu rayonunda əsaslı şəkildə yenidən qurulan 148 nömrəli tam orta məktəbin açılış mərasimində deyib. Prezident bildirib ki, biz əsrlər boyu müstəqillik arzusu ilə yaşamışıq və bu gün müstəqil ölkə kimi yaxşı yaşayırıq: “Ölkədə təhlükəsizlik, əmin-amanlıq hökm sürür, ictimai-siyasi asayiş qorunur, sabitlik, inkişaf var. İndi baxın, ölkələrin bir çoxunda böhran yaşanır. Azərbaycanda isə belə gözəl məktəblər tikilir, yollar salınır, abadlıq işləri aparılır. Bu il biz Avropa Oyunlarını ən yüksək səviyyədə keçirmişik. Burada da gənclərimizin rolunu xüsusilə vurğulamaq istəyirəm. Çünki medalları qazananlar da, bizim şöhrətimizi ucaldanlar da gənclərdir. Bu Oyunların təşkilində minlərlə gənc könüllü kimi iştirak edirdi. Yəni, budur bugünkü Azərbaycan reallıqları və biz bunu qorumalıyıq. Gənclər gələcəkdə ölkəmizi idarə edəcəklər. Azərbaycanın gələcəyi onların biliyindən, savadından, Vətənə bağlılığından asılıdır”.

Prezident vurğulayıb ki, bu gün Azərbaycan etibarlı əllərdədir: “Heç bir kənar qüvvə bizim iradəmizə, müstəqilliyimizə təsir edə bilməz. Nə qədər çalışsalar da bunun heç bir əhəmiyyəti yoxdur. Bizə qarşı yönələn təzyiqlər, təhdidlər, hücumlar da müstəqil siyasətimizə görədir. Bəzi qüvvələr istəyirlər Azərbaycanı özlərinə tabe etsinlər ki, biz başqalarının iradəsi ilə yaşayaq, hərəkət edək. Bu, mümkün deyil. Çünki bizim uğurlu inkişafımız ancaq müstəqil siyasətdədir. Müstəqil siyasət xalqımızın iradəsinə, milli dəyərlərimizə və maraqlarımıza əsaslanır. Bizim üçün ilk növbədə Azərbaycanın maraqlarıdır, Azərbaycan vətəndaşlarının təhlükəsizliyi, rifahıdır.
Görəndə ki, bu təzyiqlər və şər-böhtan kampaniyaları səmərə vermir, başqa üsullara əl atırlar. Biz buna hazırıq, layiqli cavabımızı veririk və verəcəyik. Elə etməliyik ki, bizim uğurlu inkişafımıza heç bir kənar qüvvə mane olmasın. Əminəm ki, belə də olacaq. Çünki bu gün Azərbaycan dövləti möhkəm əsaslar üzərində qurulub, kifayət qədər güclü potensiala malikdir və biz ölkəmizi inamla idarə edirik”.

Bu gün biz informasiya əsrində, internet dövründə yaşayırıq. Azərbaycanda internet istifadəçilərinin sayı 75 faizə qalxıb. Balaca uşaqlar da internetdən bizdən yaxşı istifadə edirlər. Bütün informasiyalar da göz qabağındadır. Görün indi Avropada hansı dəhşətli hadisələr baş verir, müharibədən qaçan yazıq insanlara, qaçqınlara hansı işgəncələr verirlər. Budurmu Avropa dəyərləri?! Budurmu uzun illər bəyan etdikləri prinsiplər?! Bəs haradadır tolerantlıq, haradadır multikulturalizm, xeyirxahlıq, mərhəmət, haradadır?! Biz bunu görmürük. Nəyi görürük, ədavət, dini, milli zəmində ədavət, ayrı-seçkilik, diskriminasiya, ksenofobiya, islamofobiya, faşizm, irqçilik. Budurmu dəyərlər?! Bəziləri bunları bizdə də tətbiq etmək istəyirlər. Belə dəyərlər bizə lazım deyil. Qoy, özləri üçün qalsın”.

İlham Əliyev qeyd edib ki, bu gün Avropa məkanında yaşanan böhran mənəvi böhrandır, mənəvi sarsıntıdır: “Avropa dəyərləri demək olar ki, onların bəyan etdikləri kimi görünmür, biz bunu görmürük. Ona görə, bu gün dünya dəyişir, beynəlxalq hüquq pozulur, bəzi ölkələr və dairələr iç üzlərini açırlar, daha pərdələnə bilmirlər. Ona görə, biz buna hazır olmalıyıq. Milli dəyərlər, mənəviyyat, vətənpərvərlik, ləyaqət, milli qürur – budur bizim dəyərlərimiz. Biz bu dəyərləri qoruyacağıq və bizə qarşı aparılan kampaniyalara layiqli cavabımızı veririk və verəcəyik. Heç bir kənar qüvvə bizim iradəmizə təsir edə, bizi müstəqillik, azadlıq yolundan döndərə bilməz. Mən xüsusilə bu gün bunu Bilik günündə deyirəm ki, gənclər də eşitsin, siz də, bütün Azərbaycan gəncləri, bütün Azərbaycan ictimaiyyəti bunu bilsin. Biz ölkəmizi qoruyacağıq və Azərbaycan xalqının seçimini müdafiə edəcəyik. Bizim seçimimiz isə inkişaf, tərəqqi, sabitlik, xoş niyyət, xeyirxahlıqdır. Budur Azərbaycan dəyərləri – bəyan etdiyimiz və həyatda gördüyümüz dəyərlər.

Ona görə, mən əminəm ki, qarşımızda duran bütün vəzifələri uğurla icra edəcəyik. Bizim iradəmiz, güclü iqtisadi imkanlarımız və müstəqil siyasətimiz var. Belə gözəl əsərləri biz yaradırıq və yaradacağıq ki, bizim uşaqlar yaxşı məktəblərdə oxusunlar, müəllimlər də yaxşı yerlərdə işləsinlər. Sizi bir daha təbrik edirəm”.

Previous Post

“Bizə belə dəyərlər lazım deyil” – İlham Əliyev

Next Post

Bakı-Sumqayıt qatarı stansiyalarda dayanmayacaq

Bənzər yazılar

Sahibə Qafarova Bişkekdə TÜRKPA Şurasının iclasında çıxış edib

Sahibə Qafarova Bişkekdə TÜRKPA Şurasının iclasında çıxış edib

20 Oktyabr 2026 - 12:03

Oktyabrın 20-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) Şurasının iclası keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova...

Azərbaycan-BƏƏ hərbi əməkdaşlığı müzakirə olundu – FOTO

Azərbaycan-BƏƏ hərbi əməkdaşlığı müzakirə olundu – FOTO

19 Oktyabr 2026 - 18:34

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant...

Gürcüstan Patriarxlığı: Azərbaycanla münasibətlərimiz qarşlılıqlı hörmətə əsaslanır

Gürcüstan Patriarxlığı: Azərbaycanla münasibətlərimiz qarşlılıqlı hörmətə əsaslanır

19 Oktyabr 2026 - 12:23

“Gürcüstan və Azərbaycan arasında münasibətlərin böyük tarixi var və onlar qarşlılıqlı hörmətə əsaslanır”. Elchi.az xəbər verir ki, bunu Gürcüstan Patriarxlığının Xarici...

Anar Bayramov səhiyyə naziri təyin edilib

Anar Bayramov səhiyyə naziri təyin edilib

19 Oktyabr 2026 - 11:36

Anar Məhərrəm oğlu Bayramov Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib. Elchi.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam...

Next Post

Bakı-Sumqayıt qatarı stansiyalarda dayanmayacaq

“Xəzər Lənkəran”dan daha iki futbolçu getməyə hazırlaşır

Son xəbərlər

“Tehran ABŞ-ın bu zərbələrini cavabsız qoymayacaq” – Bəqai

“Tehran ABŞ-ın bu zərbələrini cavabsız qoymayacaq” – Bəqai

20 Oktyabr 2026 - 14:00
İrandan narkotik keçirilməsinin qarşısı alındı

İrandan narkotik keçirilməsinin qarşısı alındı

20 Oktyabr 2026 - 13:51
Avtoxuliqanlığa görə cərimələr nə qədərdir?

Avtoxuliqanlığa görə cərimələr nə qədərdir?

20 Oktyabr 2026 - 13:42
Ronaldu cəzasının yüngülləşdirilməsini istədi

Ronaldu cəzasının yüngülləşdirilməsini istədi

20 Oktyabr 2026 - 13:30
Elektron ticarətlə bağlı bu məhdudiyyət ləğv edilir

Elektron ticarətlə bağlı bu məhdudiyyət ləğv edilir

20 Oktyabr 2026 - 13:18
54 cinayətin üstü açıldı

54 cinayətin üstü açıldı

20 Oktyabr 2026 - 13:09
Vens Ukraynanı müttəfiq adlandırmaqdan İMTİNA EDİB

Vens Ukraynanı müttəfiq adlandırmaqdan İMTİNA EDİB

20 Oktyabr 2026 - 13:00
Azərbaycanda meymunçiçəyi ilə bağlı SON VƏZİYYƏT

Azərbaycanda meymunçiçəyi ilə bağlı SON VƏZİYYƏT

20 Oktyabr 2026 - 12:52
Füzuli rayonunda kompleks mülki müdafiə təlimi keçirilib – VİDEO

Füzuli rayonunda kompleks mülki müdafiə təlimi keçirilib – VİDEO

20 Oktyabr 2026 - 12:49
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

20 Oktyabr 2026 - 12:38
“Qalatasaray” “Mançester Yunayted”in kapitanını heyətinə qatmaq istəyir

“Qalatasaray” “Mançester Yunayted”in kapitanını heyətinə qatmaq istəyir

20 Oktyabr 2026 - 12:29
Tramp və Netanyahudan İrana hücum siqnalı!

Tramp və Netanyahudan İrana hücum siqnalı!

20 Oktyabr 2026 - 12:21
Hərbi qulluqçuların məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir

Hərbi qulluqçuların məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir

20 Oktyabr 2026 - 12:05
Sahibə Qafarova Bişkekdə TÜRKPA Şurasının iclasında çıxış edib

Sahibə Qafarova Bişkekdə TÜRKPA Şurasının iclasında çıxış edib

20 Oktyabr 2026 - 12:03
Oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

Oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

20 Oktyabr 2026 - 11:55
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.