"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Bir savaşın aşkarladığı fitnəkarlar:“Dəmir yumruq” onların başına da enəcəkmi?

19 Sentyabr 2022 - 16:54
in SİYASƏT
FacebookVatsap

“Müharibə aparan istənilən bir ölkə üçün həmişə ən böyük təhlükə içdən olar. Çünki düşmən onunla savaşan tərəfin əsas diqqətini özündən yayındırmaq və əlverişli əməliyyat mühiti yaratmaq üçün mütləq rəqibinin daxilinə nüfuz etməyə və ona, ilk növbədə, öz içindən zərbə vurmağa can atar, əhalisini fiziki və psixoloji olaraq sarsıtmağa, ruh düşkünlüyünə sövq etməyə, döyüş və mübarizə əzmini aşağı salmağa çalışar. Bu işdə də həm özünün əvvəlcədən rəqib ölkə içərisində hazırladığı şəbəkədən – indi tez-tez işlədilən ifadəylə desək, “5-ci kolon”dan, həm də o ölkənin hakimiyyətinə müxalif mövqe tutan qüvvələrdən, şəxslərdən istifadə edər…”.

Bunu da oxuyun

Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

Elchi.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Elxan Şükürlü FB hesabında qeyd edib:

“Biz bunun nələrə, hansı faciələrə gətirib çıxardığını son 30 illik müstəqillik tariximizdə ən yaxşı görən millətlərdən, xalqlardanıq: birmənalı şəkildə deyə bilərik ki, bizdən sayca qat-qat az əhaliyə və iqtisadi imkanlara malik Ermənistana vaxtilə Qarabağı uduzmağımızın bir səbəbi baş verən geopolitik dəyişikliklərin mahiyyətini doğru-dürüst anlamamağımız və hazırlıqsızlığımız idisə, bundan da önəmlisi Azərbaycanda mövcud olan daxili siyasi vəziyyət – iç savaşın yaratdığı qeyri-sabit durum, iqtidar-müxalifət çəkişmələri, milli və siyasi həmrəyliyin olmaması, ondan törəyən hərcmərclik, başıpozulquq, nizam-intizamsızlıq idi…
Dövlətin və onu idarə edənlərin diqqəti cəbhə xəttində, düşmənlə üzbəüz səngərdə vuruşan vətənpərvər övladlarında, qorxudulub qaçmağa vadar edilən əhalisində olmalıykən, paytaxt meydanlarımız qardaş savaşının səngərlərinə çevrilmişdi, hamı küçələrdə və əlində silah vəzifə, kürsü, taxt qovğasındaydı…
Biz taxt savaşına qalxdığımz vaxtsa düşmən də soyuq səngərlərdə dayanıb intizarla paytaxtdan kömək gözləyən qeyrətli övladlarımızı qətlə yetirir, bir-bir kəndlərimizi, şəhərlərimizi ala-ala irəliləyirdi…
Halbuki o zaman bu taxt qovğasına qalxanlar özlərini bir ananın arvad felinə uymuş küskün övladlarıtək aparmasaydılar, həqiqi Vətən sevgisi, məsuliyyət və qeyrət hissiylə incikliklərini bir kənara atmağı, eyni evdə eyni masanın arxasında toparlanmağı bacarsaydılar və bütün güclərini də iç savaşa deyil, qanımızı içməyə hazır əsas düşmənlə mübarizəyə səfərbər etsəydilər, and olsun Allaha ki, indi Azərbaycanımız çox zəngin və qüdrətli bir ölkəyə, özləri də o ölkənin ən xoşbəxt insanlarına çevrilmişdilər…
Yəqin, çoxunuz amerikalı aktyor və rejissor Mel Gibsonun məşhur “Yaquar Pəncəsi” (bir başqa adı “Apokalipsis”dir) filminə baxmısınız. Amerikadakı qədim mayya qəbilələrinin adətlərindən, həyat tərzindən və bir-biriylə mübarizəsindən bəhs edən möhtəşəm sənət əsəridir. Tamaşaçını əvvəldən sonadək gərgin atmosferdə və həyəcanda saxlayan film olduqca ibrətamiz və möhtəşəm bir sonluqla da bitir: bütün qəbiləsini məhv etmiş başqa bir tayfanın başçısının oğlunu öldürərək əsirlikdən qaçmağı bacarmış Yaquar Pəncəsinin yenidən yaxalanma və öldürülmə anındca avropalıların gəmilərdə Amerika sahillərinə yaxınlaşdığı görünür. Qan düşməni olan qəbilə təmsilçiləri anlayırlar ki, indi onların Vətənini məhv etməyə gələn daha böyük bir düşmənlə üz-üzədirlər və beləcə, əllərində bıçaq Yaquar Pəncəsinin yanından ötüb keçərək, ondan qisas almağa deyil, əsas düşmənləri – “yadellilər” üzərinə yürüməyə üstünlük verirlər…
Ancaq çox təəssüf ki, ölkəmizdə “yadelli hücumu”na bizi kinimizi unutmağa və yenidən birləşməyə yox, qisas almağa və ya hakimiyyətə gəlməyə fürsət açacaq ən yaxşı imkan kimi baxanlarımız, hətta o yadelli düşmənin özü və himayəçiləriylə açıq şəkildə əməkdaşlığa gedən, onların maraqları üçün çalışanlarımız da az deyil.
Və ən pisi də odur ki, onlar ölkənin ictimai-siyasi sektorunu xərçəng şişitək sarıb, cəmiyyətin və dövlətin vücudunun dərinliklərinədək yayılıblar. Bu “bədxassəli şiş” tezliklə götürülməsə, fəsadları daha ağır olacaq…
Onların kimliklərini, çevrələrini tanımaq, dəqiqliyi ilə bilmək istəyirsinizsə, mütləq İkinci Qarabağ savaşınının başladığı 27 sentyabrdan günümüzədək ötən son 2 il ərzindəki davranışlarına, çıxışlarına, kritik situasiyalarda əhalini hansı istiqamətə yönləndirmək cəhdlərinə baxın! Yalnız onda bu fitnəkar və xain şəbəkədə yer almışların hər birini aydınca görəcək, adbaad tanıyacaq və necə yanıldığınıza yanıb qovrulacaqsınız!
Görəcəksiniz ki, son onilliklər ərzində əsasən qisasçı və kindar, iddiası və şəxsi maraqları naminə hər əclaflığa qol qoyan yarımçıq xarakterli, qorxaq, vətən və millət sevgisindən uzaq, milli və dini ənənələrimizi ayaq altına atmağa hazır, daha çox qarışıq nigahlardan törəyən əxlaqsız və naqis şəxslərdən formalaşdırılmış və “demokratiyanı, insan haqlarını qorumaq” çətiri altında gizlədilmiş, ictimai rəyə “real müxalifət” imicində pərçim edilmiş bu şəbəkənin əsas qayəsi elə məhz kritik situasiyalarda ortaya çıxarılıb Azərbaycan dövlətinə qarşı iç silaha çevrilməkiymiş, dövlətin ayağına və qollarına bağ olmaqıymış!
İnanmayanların, inanmaq istəməyənlərin, gerçəkləri görsə belə hələ də susmağa üstünlük verənlərin diqqətinə mən bəzi faktları çatdırıb, qiymətləndirməni vicdanlarının öhdəsinə buraxıram.
Baxın, oxuyun və tanıyın! Onda görəcəksiniz ki:

onlar 2020-ci ilin 27 sentyabrında Vətən Savaşı başlayarkən, ilk gündən açıq şəkildə “hakimiyyətimin, dövlətimin yanındayam” deməkdən yayınan, pusquda yatıb hərbi əməliyyatların gedişininin nə ilə bitəcəyini gözləyən, yalnız Ordumuzun misilsiz uğurlarını gördükdən sonra ictimai qınaqdan çəkinərək mövqe bildirən və xain xislətləri aşkarlanmasın deyə, sonda “Yetdim, Qazan xan!” deyərək riyakarcasına özünü ortaya atan aruzların, yalıncıqların müasir siyasi qısır obrazlarıdır;

onlar Ermənistanın qərbpərəst baş naziri Nikol Pşinyanın qarşımızda diz çöküb yalvardığının təsdiqi olan 10 noyabr 2020-ci il sənədinin kapitulyasiya aktı olmadığını erməni təbliğat maşınıyla bərabər şəkildə, eyni ahənglə ciddi-cəhdlə əsaslandırmağa çalışan və bununla da psixoloji baxımdan mübarizə əzmi sınmış düşmənə vaxt və yenidən reabilitasiya imkanı qazandıran, Paşinyan hakimiyyətinə öz məğlubiyyətini ictimai rəydə gizlətməkdə açıq-aşkar kömək edən, dəstək verən içimizdəki milli satqınlardır;

onlar ATƏT-in bütün sənədlərində münaqişənin sülhlə həllindən sonra da Qarabağa hansısa sülhməramlıların yerləşdirilməsinin nəzərdə tutulduğunu bildikləri halda, Rusiya sülhməramlılarının bölgəyə gətirilməsini bəhanəyə çevirərək, Azərbaycan dövlətinin, xalqının və prezident İlham Əliyevin ən böyük tarixi nailiyyətini və geopolitik uduşunu məğlubiyyət kimi cəmiyyətə sırımağa, gözdən salmağa, qələbəmizi kiçiltməyə çalışan kindar, xəbis və nankor xislətlilərdir;

onlar yenicə müharibədən çıxmış ölkədə döyüşçü ailələrinin emosional durumundan sui-istifadə etməyə, şəhid və qazi ailələrinin problemlərini məqsədli şəkildə qabartmaqla ictimai narazılıq dalğası yaratmağa can atan, xalqın sevgi və hörmətini qazanmış ən həsas təbəqəni dövlət qurumlarıyla toqquşdurmağı hədəfləyən, şəhid dəfnləri günü mərkəzi meydana kütləvi aksiya təyin edən fitnəkarlardır;

onlar Ermənistanın Qərbyönümlü rəhbərliyi ilə Rusiyanın münasibətlərinin kəskinləşdiyini və bu durumun da hərbi əməliyyatların gedişində və sülh danışıqlarında Azərbaycanın lehinə işlədiyini bilə-bilə, məqsədli şəkildə ölkəmizdə anti-Rusiya təbliğatını körükləyən və bununla da Rusiyanın ermənilərə loyal, azərbaycanlılara aqressiv reaksiyalarına nail olmağa çalışan iblissifətlərdir;

onlar Ukrayna üzərində gedən Qərb-Rusiya savaşında “Qarabağın taleyi Ukraynada həll olunur” uydurma tezisi əsasında və Qərb ölkələrinin səfirliklərinin təhriki, maliyyə və siyasi dəstəyi ilə Rusiya əleyhinə ikinci informasiya-təbliğat cəbhəsinin israrla Cənubi Qafqazdan, o cümlədən Azərbaycandan açılmasına çalışan muzdlu kiberəsgərlər, çuğullar ordusudur;

və nəhayət, onlar 12 sentyabr 2022-ci il tarixdə sərhədlərimizdə təxribat törədən erməniləri – Paşinyan hökumətini Qərblə bərabər qorumaq məqsədiylə “Azərbaycan Ermənistan ərazisinə hücum edib! Bizim orada nə işimiz var?!” fikrini durmadan tirajlayan, “Bu qədər şəhid niyə verdik?!” ittihamıyla dünənədək “10 noyabrda niyə hərbi əməliyyatları dayandırdıq?” arqumentiylə suçladıqları Azərbaycan dövlətinin, hakimiyyətinin sülh danışıqlarında əlini, mövqeyini məqsədli şəkildə zəiflətməyə çalışan ləyaqətsizlər, əclaflar, şərəfsizlər, namussuzlar sürüsüdür!
Məncə, erməninin başını əzən “Dəmir yumruq” bu dəfə içimizdə əyləşib erməni dəyirmanına su tökən bu fitnəkarlar sürüsünün də çapıq, boyalı və parikli başlarını mütləq əzməli, fitnəkar dillərini kökündən qoparıb atmalıdır! Gecikmək olmaz!
İstənilən xarici düşmənə və onun içimizdəki xain şəbəkəsinə, nökərlərinə qarşı mübarizədə dövlətimizin yanındayıq!”.

Yeganə

Previous Post

Bir savaşın aşkarladığı fitnəkarlar:“Dəmir yumruq” onların başına da enəcəkmi?

Next Post

Səfirlik əməkdaşı ermənilərin qarşısını tək aldı – Video

Bənzər yazılar

Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

07 Oktyabr 2026 - 19:12

7 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkmənistana işgüzar səfəri çərçivəsində “Avaza” Milli Turizm Zonasında keçirilən Mərkəzi...

Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

07 Oktyabr 2026 - 18:47

7 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkmənistana işgüzar səfəri çərçivəsində “Avaza” Milli Turizm Zonasında keçirilən Mərkəzi...

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

07 Oktyabr 2026 - 18:33

Cenevrədə keçirilən BMT İnsan Hüquqları Şurasının 63-cü sessiyası çərçivəsində Azərbaycan tərəfindən həmmüəllif qismində dəstəklənən və fəal şəkildə irəlilədilən “Piyada əleyhinə...

Belçika səfiri azərbaycanlı tələbələri “Avropada Təhsil” sərgisinə dəvət etdi

Belçika səfiri azərbaycanlı tələbələri “Avropada Təhsil” sərgisinə dəvət etdi

07 Oktyabr 2026 - 16:27

Bütün azərbaycanlı tələbələri şənbə günü keçiriləcək “Avropada Təhsil” sərgisini ziyarət etməyə dəvət edirəm. Elchi.az xəbər verir ki, bunu Belçika Krallığının...

Next Post
Səfirlik əməkdaşı ermənilərin qarşısını tək aldı – Video

Səfirlik əməkdaşı ermənilərin qarşısını tək aldı - Video

Səfirlik əməkdaşı ermənilərin qarşısını tək aldı – Video

Səfirlik əməkdaşı ermənilərin qarşısını tək aldı - Video

Son xəbərlər

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

07 Oktyabr 2026 - 21:30
Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

07 Oktyabr 2026 - 21:26
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

07 Oktyabr 2026 - 20:22
Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

07 Oktyabr 2026 - 20:18
“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

07 Oktyabr 2026 - 20:12
DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

07 Oktyabr 2026 - 19:28
AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

07 Oktyabr 2026 - 19:20
Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

07 Oktyabr 2026 - 19:12
Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

07 Oktyabr 2026 - 18:56
Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

07 Oktyabr 2026 - 18:47
BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

07 Oktyabr 2026 - 18:33
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

07 Oktyabr 2026 - 18:25
Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

07 Oktyabr 2026 - 18:16
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

07 Oktyabr 2026 - 17:59
Fransanı şərab böhranı gözləyir

Fransanı şərab böhranı gözləyir

07 Oktyabr 2026 - 17:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.