"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

BİR PUL SƏRRAFININ AZƏRBAYCANDAN DAŞIDIĞI MİLYONLAR… – İstanbuldakı əmlakların siyahısı

19 İyun 2019 - 23:11
in aktual-banner, Banner, Cebhe-banner, MANŞET
FacebookVatsap

Foto_Cinayət və Cəza

Bir müddət əvvəl “AzPolitika.info” saytına müsahibə verən hazırda axtarışda olan iş adamı Arzuman İsa oğlu Əliyev başına gələnlərə görə şəriki və qohumu Sərraf Məmmədzadəni ittiham etmişdi. Sərraf Məmmədzadənin təhriki və vasitəsilə neft-qaz sənayesinin təchizatı sahəsində biznes fəaliyyətinə başladığını, daha iki iş adamını da bu işə cəlb etdiyini açıqlayan A.Əliyev şəriki tərəfindən həm özünün, həm də bu işə cəlb etdiyi iş adamlarının aldadılaraq pullarının, əmlaklarının ələ keçirildiyini bildirmişdi.

Bunu da oxuyun

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Tramp: “İsraili potensial məhv olmaqdan xilas etdim”

Ağır atletika həqiqətən ömrü uzada bilərmi?

arzuman

A. Əliyev müsahibəsinidə Sərraf Məmmədzadənin yalnız onları deyil, dövlət qurumlarını da aldatdığını, bu yolla əldə etdiyi pullar hesabına İstanbulda ümumi dəyəri 15 milyon dollar olan bir neçə bina alıb kirayəyə verdiyini, bundan əlavə Bakıda xeyli sayda əmlaka sahib olduğunu vurğulamışdı. “17 mənzili satıb Bakının Çobanzadə küçəsində 5 mərtəbəli bir bina alıb, qalan mənzilləri satıb, puluna 28 may küçəsindəki “Piramida plaza”da 2 ədəd 5 otaqlı mənzil alıb bir gənc qadına bağışlayıb, 1000 kvadrat metrlik bir qeyri-yaşayış yerini icarəyə verib, qalan mənzilləri satıb və ya dəyişib başqa mənzillərə. Məsələn, 10 mənzili satıb Üzeyir Hacıbəyov küçəsi 57 ünvanında iki lüks mənzil alıb. Saymaqla bitməz…”- deyə bildirmişdi.

Maraqlıdır, A.Əliyevin bu müsahibəsindən xeyli müddət keçsə də, Sərraf Məmmədzadə deyilənlərlə bağlı hər hansı açıqlama ilə çıxış etməyib. Əvəzində məlumatlı mənbədən onun Azərbaycanda və xaricdəki əmlakları ilə bağlı redaksiyaya ya əlavə bilgilər daxil olub.

Əlbəttə, hər kəs həm ölkə daxilində, həm də xaricdə əmlaka, biznes obyektlərinə sahib ola bilər. Ancaq qanuni şəkildı və vergisini ödəmək şərtilə… “AzPolitika.info”ya verilən məlumatlarda isə iddia edilir ki, Sərraf Məmmədzadə həm Azərbaycanda xeyli əmlak əldə etsə, həm də külli miqdarda valyutanı ölkədən çıxararaq xaricdə əmlaklar alsa da, bir qəpik belə vergi ödəməyib.

Yəqin ki, saytımıza təqdim edilən faktlar vergidən yayınanlara qarşı ən sərt tədbirlərə əl atmaqdan çəkinməyən Vergilər Nazirliyinin yeni rəhbərliyinin də diqqətini cəlb edəcək.

vergiler

İlk öncə xatırladaq ki, mənbənin bu yaxınlarda saytımıza verdiyi məlumatlarda bildirildiyinə görə, S.Məmmədzadənin özü ciddi maliyyə maxinasiyaları ilə məşğul olub, bu yolla külli miqdarda qazanc əldə etmiş bir adamdır. “Məsələn, faktiki Sərraf Məmmədzadənin mülkiyyəti olan, amma cinayət tərkibindən bir qədər məsafədə durmaq məqsədi ilə kiralıq kasıb-küsubun adına qeyd olunmuş bir tikintidəki vergidən yayınmanın ağlasığmaz miqyasını görmək üçün bəzi rəqəmlərə baxmağımız kifayətdir:

Sahibkarlıq subyekti: “MİDİYA-999” MMC
Ünvan: Bakı şəhəri, Nizami rayonu, Məhsəti küçəsi 2527-ci məhəllə, 32A
Tikinti obyektinin göstəriciləri: Mənzillərin ümumi sahəsi – 1 1278kv.m. (layihə üzrə olmalıdır 1 1691 kv.m)
Qeyri-yaşayış sahələrinin ümumi sahəsi: 1 575,7 kv.m. (İlkin layihədə olmayıb, vergiyə cəlb olunmayıb)
Qarajların ümumi sahəsi: 876 kv.m. (İlkin layihədə olmayıb, vergiyə cəlb olunmayıb)
Cəmi vergitutmadan yayınmaq məqsədilə gizlədilmiş tikinti sahəsi: 2 038,7kv.m
Vergidən yayınmanın zamanı: 2017-ci ildən bu günə qədər davam edir”.

Ölkəmizin büdcəsi onun təkcə bu fəaliyyətindən bir neçə yüz min manat zərərə uğradı. Bu pulu biriləri Avropanın “Louis Vuitton”, “Tiffany”, “Buccellati” mağazalarında özündən 30 yaş gənc sevgilisinə hədiyyələrə xərclədi. Dövləti aldadanlar cəzasız qaldı…”

Sərraf Məmmədzadənin Çobanzadə küçəsində 5 mərtəbəli  binası

Sərraf Məmmədzadənin Çobanzadə küçəsində 5 mərtəbəli binası

Mənbə qeyd etmişdi ki, S.Məmmədzadənin ARDNŞ-lə ticarətində də maliyyə maxinasiyalarının ciddi izləri var. “Diqqət edin, “Petroleim tools and machinery limited” deyilən bir şirkət ARDNŞ-in “Kompleks qazma işləri” trestini məhkəməyə verib, 2018-ci ilin oktyabr ayında bir məhkəmə qərarı əldə edir. Bu qərara görə “Kompleks qazma işləri” tresti “Petroleim tools and machinery limited” şirkətinə 156 000 ABŞ dolları ödəməlidir. Cavabdeh məhkəmə qərarından şikayət vermir və bu pulu dərhal ödəyir.Maraqlı burasıdır ki, bu “Petroleim tools and machinery limited” şirkəti 0% vergili offşor şirkətidir, gözdən pərdə asmaq üçün əlbir olduğu adamların və hətta ARDNŞ-in nə olduğunu bilməyən qadınların adı bu şirkətin direktoru kimi keçsə də, onun əsl sahibi Sərraf Məmmədzadədir”.

Mənbənin məlumatında o da vurgulanırdı ki, “Kompleks qazma işləri” trestinin müdiri İsgəndər Şirəli (Bu yaxınlarda işdən çıxarılıb-red.) hətta məhkəmə qərarı rəsmən qüvvəyə minməmiş 155 000 dolları Sərraf Məmmədzadəyə ödəyib, bu isə müəyyən şübhələrə yol açmaya bilməz. ““Kompleks qazma işləri” trestinin illərdir borclu olduğu adamlar var, pullarını ala bilmirlər. Amma məhkəmə qərarı qüvvəyə minmədən Sərraf Məmmədzadənin pulu ödənilir. Bu operativliyin səbəbi nədir?…”

1547291643_1530786962_215

“Sərraf Məmmədzadənin onlarla saxta, onun-bunun adına sənədləşən şirkətlərindən biri də“Nordwind Corporation LLP” olmuşdur. Bu “Nordwind Corporation” şirkəti də 0% vergi rejimli offşor şirkətidir. 2015-ci ildə “Nordwind Corporation” “Kompleks qazma işləri” tresti ilə müqavilə bağlayıb, adı çəkilən trestə 399 000 ABŞ dolları dəyərində bir kran satmağı öhdəsinə götürür. Öhdəliklərə o cümlədən bu kranın quraşdırılıb işə salınması və rels yolunun çəkilməsi də daxil olur. “Nordwind Corporation” 2017-ci ildə bu kranı gətirib “Kompleks qazma işləri” trestinə təhvil verir. Lakin “Kompleks qazma işləri” tresti kran montaj olunmadan, rels yolu hazır olmadan 399 000 ABŞ dollarını Sərraf Məmmədzadənin Türkiyədə bina alıb icarəyə verməkdə ixtisaslaşmış “Matrix group enerji makina gayrımenkul pazarlama ve ticaret” şirkətinə ödəyir.

Həmişəki kimi, bu başa çatmamış müqavilənin pulu Sərraf Məmmədzadəyə ödənəndə “Kompleks qazma işləri” trestinin qapısında illərdir qəpik-quruş pulunu gözləyən, Azərbaycanda vergi ödəyən namuslu şirkətlər var idi. Nəyə görə və kimə görə hər məclisdə özünü ARDNŞ-in səlahiyyətli əməkdaşı və ARDNŞ-in rəhbər işçilərinin iş ortağı kimi qələm verən Sərraf Məmmədzadəyə bu pulları bütün qanun və prosedurları pozaraq ödəyirlər – bunu Azərbaycan Respublikası Baş Prokurorluğu araşdırmalıdır” – deyə mənbə əlavə edirdi.

Yeni məlumatlardan bəlli olur ki, Azərbaycan dövlətindən əldə etdiyi pulları yenə vergi ödəmədən offşor şirkətlər vasitəsilə xaricə daşıyan Sərraf Məmmədzadə həmin vəsaitə İstanbulda təxminən 15 milyon dollar həcmində əmlaklar almışdır.

Belə ki, Azərbaycan mənbələrindən əldə edilmiş gəlirin offşor şirkətlərdə və offşor banklarda gizlədilməsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.16.14-1 və 128.1 maddələrinin ən kobud və qəbuledilməz şəkildə pozulması deməkdir. Bununla bağl Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən cinayət işi açılarsa ölkədən valyutanın hansı qanunsuz yollarla, hansı sxemlə çıxarıldığı da aşkarlanar.

atasehir12

Verilən məlumatlara görə, Sərraf Məmmədzadənin Türkiyədə bina alıb icarəyə verməkdə ixtisaslaşmış “Matrix group enerji makina gayrımenkul pazarlama ve ticaret şirkəti” son illərdə İstanbul aşağıdakı əmlaklara sahib olub:

1. İstanbul Ataşehir, Mərkəz/ Mərkəz, Küçükbakkalköy məhəlləısi, Günbatımı küçəsi 8/1, Təməli daxil 8 mərtəbəli bina. Bölmə 231, Parsel 7. Biznes Mərkəzi. Dəyəri 20 000 000 TL.

2. İstanbul Bakırköy, Mərkəz/ Mərkəz, Osmanıyeman Çağlar küçəsi, Qapı nömrəsi 2-4, Şite adı: İncirli qonaqları, Dairə 4, Bölmə 73, Parsel 1. Dəyəri 2 500 000 TL.

3. İstanbul Ümraniyə, Mərkəz/ Mərkəz, Şerifalıman Beyit küçəsi, Təməli daxil 6 mərtəbəli bina. Bölmə 17, Parsel 3224. Biznes Mərkəzi. Dəyəri 12 000 000 TL.

4. İstanbul Sarıyer, Mərkəz/ Mərkəz, Ayazağaman 215 küçəsi, Qapı nömrəsi 4-4, Şite adı: Vadi İstanbul Teras, Blok 4, Dairə 4, Bölmə F21C15C4D, Parsel 5. Dəyəri 4 250 000 TL.

5. İstanbul Sarıyer, Mərkəz/ Mərkəz, Ayazağaman 215 küçəsi, Qapı nömrəsi 4-4, Şite adı: Vadi İstanbul Teras, Blok 4, Dairə 30, Bölmə F21C15C4D, Parsel 5. Dəyəri 2 500 000 TL.

6. İstanbul Sarıyer, Mərkəz/ Mərkəz, Ayazağaman 215 küçəsi, Qapı nömrəsi 4-1, Şite adı: Vadi İstanbul Teras, Blok 1, Dairə 66, Bölmə F21C15C4D, Parsel 5. Dəyəri 2 000 000 TL.

Qeyd edək ki, əmlaklar 1 dollar təxminən 3 TL səviyyəsində olarkən alınıb və sənədlərdə alındığı vaxtdakı qiymətləri göstərilib. Hazırda həmin əmlakların türk lirəsi ilə qiymətlərinin təxminən 2 dəfə artdığını söyləyə bilərik.

Göründüyü kimi, Sərraf Məmmədzadə ölkədən çıxardığı pullara Türkiyədə xeyli sayda əmlak alıb. Bu pulları isə birbaşa ölkədən çıxararaq İstanbula yatırmayıb. Vergidən yayınmaq, puların mənbəyini gizlətmək üçün onun mürəkkəb sxemdən istifadə etdiyi bildirilir.

O, bu işdə əsasən Lixtenşteyndə yerləşən “Bendura Bank”ın (SWİFT kodu HYIBLI22XXX) xidmətlərindən yararlanıb. Təəssüf ki, Lixtenşteyn bankı ölkədən çıxarılan pullara görə vergi ödənilib-ödənilməməsi ilə maraqlanmadan Sərraf Məmmədzadənin istədiyi əməliyyatları reallaşdırmışdır.

Verling_und_Partner_Architektur_Bendura_Bendern_2-1024x817

Ancaq bu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi (BEPS)” prinsiplərinə və 28.01.2016 tarixli “Anti-Tax Avoidance Package EU” normativ sənədinə ziddir. “APCA UK Ltd” şirkətinə qarşı yekunlaşmış Böyük Britaniya məhkəməsinin qərarı və onun yaratdığı məhkəmə praktikası da bunu təsdiq edir…

Sərraf Məmmədzadə isə İstanbulda aldığı əmlakların pullarlanı hardan əldə etdiyinə dair suallardan qaçmaq üçün Bakıdan çıxardığı pulu “Bendura Bank”ın vasitəsilə əvvəlcə offşor şirkətlərinə yönəldib.

Yəni, Sərraf Məmmədzadənin Türkiyədə bina alıb icarəyə verməkdə ixtisaslaşmış “Matrix group enerji makina gayrımenkul pazarlama ve ticaret şirkəti”nə pullar Mərkəzi Amerikada kiçik bir dövlət olan (təxminən 350 min əhalisi var) Belizdə qeydiyyatdan (11.08.2015-ci il tarixdə 156 192 №-li qeydiyyat nömrəsi ilə) keçmiş “Petroleum Tools & Mahinery LTD” şirkətidən ötürülmüşdür.

“Petroleum Tools & Mahinery” LTD Şirkətinin dövlət qeydiyyatına alındığı gündən bu günədək bir təsisçisi olmuşdur. Belə ki, “Petroleum Tools & Mahinery LTD” Şirkətinin nizamnamə kapitalının tam sahibi (100% payla) Britaniya Vircin Adalarında yerləşən, 29.03.2012-ci il tarixdə 1704379 №-li dövlət qeydiyyatına (“3A Little Denmark Complex, 147 Main Street, P.O. Box 4473, Road Town, Tortola, British Virgin Island VG 1110” ünvanı üzrə) alınmış “Matrix Project LTD” Şirkətidir.

“Matrix Project LTD” Şirkətinin yeganə təsisçisi və nizamnamə kapitalının 100% payla sahibi isə Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ev 5A, mənzil 219 ünvanında qeydiyyatda olan Məmmədzadə Sərraf Həbib oğludur.

Yəni, yuxarıda adları çəkilən hər iki şirkətin – “Petroleum Tools & Mahinery LTD” və “Matrix Project Ltd” şirkətlərinin icra orqanlarının yeganə rəhbəri Sərraf Məmmədzadədir. Beləliklə, “Petroleum Tools & Mahinery LTD” şirkətinin son benefisiar və sərəncam vermə hüquqları (inzibati-təsərrüfat və təşkilati-sərəncamverici funksiyalarının icraçısı kimi) Azərbaycan Respublikası vergi rezidenti Sərraf Məmmədzadəyə aiddir.

Bu isə o deməkdir ki, Sərraf Məmmədzadə müxtəlif yollarla Azərvbaycan dövlətindən və vətəndaşlarından əldə etdiyi milyonlarla dollar vəsaiti heç bir vergi ödəmədən offşorlarda yaratdığı bir şirkətdən digər şirkətə ötürərək Türkiyədə və başqa ölkələrdə əmlaka çevirib.

korrup

Belə mürəkkəb sxemdən istifadə etməsinin isə tək bir səbəbi ola bilər: pulları hansı mənbədən əldə etdiyini gizlətmək!

Sual olunur: kimlər pullarının mənbəyini gizlətmək istəyər?

Əlbəttə, ya bu pulları qanunsuz yollarla qazananlar, ya da qazandığını vergidən yayındırmaq istəyənlər.

“AzPolitika.info” ya verilən məlumatlardan belə anlaşılır ki, Sərraf Məmmədzadənin həm qazandığı pulların mənbəyi şübhəlidir, həm də ölkədən külli miqdarda valyuta çıxardaraq xaricdə əmlaklar alsa da, hər hansı vergi ödəməyib. Bunun hər ikisi Azərbaycan qanuvericiliyinə görə cinayət sayılır. Yəni, Sərraf Məmmədzadə cinayət etdiyinə dair ciddi şübhələr var.

Yəqin ki, hüquq-mühafizə orqanları və Vergilər Nazirliyi bu iddiaları araşdıracaq. Sərraf Məmmədzadənin Bakıdakı və İstanbuldakı əmlakları hardan qazandığı pullarla əldə etdiyinə, bu zaman dövlətə nə qədər vergi ödədiyinə aydınlıq gətirilərsə, bütün suallara cavab tapılar… Tapılacaqmı?

Mövzunu davam etdirəcəyik. Həm Sərraf Məmmədzadənin, həm də Vergilər Nazirliyin mövqeyini öyrənməyə çalışacağıq.

Elchi.az

Aşağıda fotolarını təqdim etdiyimiz əmlakların bəziləri bütöv şəkildə, digərlərində isə mənzil və obyektlər S.Məmmədzadəyə məxsusdur:

IMG-20190613-WA0029
IMG-20190613-WA0013
IMG-20190613-WA0015
IMG-20190613-WA0016 (1)
IMG-20190613-WA0018
IMG-20190613-WA0023
IMG-20190613-WA0028
Previous Post

BİR PUL SƏRRAFININ AZƏRBAYCANDAN DAŞIDIĞI MİLYONLAR… – İstanbuldakı əmlakların siyahısı

Next Post

Yayda Bakının torpaq bazarında qiymətlər necə olacaq?

Bənzər yazılar

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə mərkəzin "X" sosial şəbəkə...

Tramp: “İsraili potensial məhv olmaqdan xilas etdim”

Tramp: “İsraili potensial məhv olmaqdan xilas etdim”

03 İyun 2026 - 16:18

ABŞ prezidenti Donald Tramp iddia edib ki, İrana qarşı hərbi əməliyyata başlamaq qərarı İsraili potensial məhv olmaqdan xilas edib. Elchi.az...

Ağır atletika həqiqətən ömrü uzada bilərmi?

Ağır atletika həqiqətən ömrü uzada bilərmi?

03 İyun 2026 - 10:16

Yeni tədqiqatlar göstərir ki, həftədə 90-120 dəqiqə ağırlıq qaldırma məşqləri etmək vaxtından əvvəl ölüm riskini əhəmiyyətli dərəcədə azalda bilər. Elchi.az...

Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

02 İyun 2026 - 19:41

Kanada–Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi , ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Elchi.az xəbər verir ki, müzakirələr Kanadanın xarici işlər...

Next Post
Yayda Bakının torpaq bazarında qiymətlər necə olacaq?

Yayda Bakının torpaq bazarında qiymətlər necə olacaq?

Yayda Bakının torpaq bazarında qiymətlər necə olacaq?

Yayda Bakının torpaq bazarında qiymətlər necə olacaq?

Son xəbərlər

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

03 İyun 2026 - 20:12
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08
MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07
Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28
İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

03 İyun 2026 - 19:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.