Bina tikmək üçün sahibkarı xəstəxanalıq etdilər - MƏLUMAT

🗓 22.11.2014 14:50 ✍️ "Elçi" qəzeti
Bina tikmək üçün sahibkarı xəstəxanalıq etdilər - MƏLUMAT
IMG-20141122-WA0018Vətəndaş Hüquqlarının Müdafiəsi Naminə Hüquq Müdafiə Təşkilatına daha bir şikayət ərizəsi daxil olub. Ərizədə qeyd olunur ki, 17 noyabr səhər saatlarında Nizami rayon Tofiq Abbasov 24 ünvanında yerləşən avtoyumanın sahibi Baxışov Namaz Həsənxan oğlu bir neçə şəxs tərəfindən ağır şəkildə döyülüb. O, sakinlər tərəfindən çağırılmış ambulans vasitəsilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Hazırda xəstə vəziyyətinin qeyri-kafi olduğunu bildirir. Namaz Baxışov döyülməsinin səbəbini həmin yerdə yüksək mərtəbəli bina tikintisi aparan “Orbita” MTK-nın sahibinin sifarişi ilə edildiyini bildirir. Onun sözlərinə görə, ona ağır bədən xəsarətləri yetirən şəxslərin arasında bina tikintisinə rəhbərlik edən Famil adlı şəxs də iştirak edib. Şikayətçi bildirib ki, konfliktin kökü N. Baxışovun sahibi olduğu obyektə  “Orbita” MTK-nın zorla sahiblənmək istəməsi, ikincinin isə buna razılaşmaması olub. N.Baxışov həmin MTK rəhbərliyinin Bakı şəhər icra hakimiyyətində çalışan səlahiyyət sahibi xanıma külli miqdarda pul verdiklərini və Bakı baş polis idarəsində yüksək çinli himayədarlarının olduğunu iddia edir. MTK adından danışan şəxslər ona bildiriblər ki, onsuz da mübahisə predmetinə çevrilən obyekt onun əlindən zorla da olsa alınacaq. Məsələ ilə əlaqədar olaraq Vətəndaş Hüquqlarının Müdafiəsi Naminə Hüquq Müdafiə Təşkilatına müraciət edən zərərçəkmişin qohumları təşkilatın onların hüquqlarını qorunmasını və başlarına gətirilən müsibətlərlə bağlı aidiyyatı qurumlara müraciət edilməsini istəyiblər. VHM NİN mətbuat xidmətindən aldığımız məlumata görə, yaxın günlərdə bu barədə mətbuat konfransının təşkil olunacağı planlaşdırılır. Qeyd edək ki, döyülmə faktı ilə bağlı Nizami rayon polis idarəsində araşdırmalara başlanılsa da, hələlik məsuliyyətə cəlb olunan yoxdur. İnanırıq ki, hüquq mühafizə orqanları məsələni nəzarətdə saxlayacaq. IMG-20141120-WA0026 IMG-20141122-WA0019    

Bənzər yazılar