Biləsuvarda kütləvi dava zamanı üç nəfər xəsarət alıb.
Elchi.az-ın Report-a istinadən məlumatına görə, hadisə rayon ərazisində yerləşən kafelərdən birində qeydə alınıb.
Hadisə zamanı rayon sakinləri – 1984-cü il təvəllüdlü T.Nərimanov, 1973-cü il təvəllüdlü E.Hüseynov və 1982-ci il təvəllüdlü R.Abbasov xəsarət alıb.
Yaralılar rayon xəstəxanasına aparılıb.
Davanın hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Şəkidə ağır qəza: ölən var
Şəkidə noyabrın 7-də saat 11 radələrində Arif Səlimov idarə etdiyi VAZ-2107 markalı avtomobillə yolun kənarındakı 58 yaşlı İlqar Musayevi vurub....





















Son şərhlər