Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi brifinq zamanı ABŞ-ın Sudandakı münaqişə tərəflərindən heç birini dəstəkləmədiyini bildirib. Elchi.az bu barədə Lent.ru-ya istinadən xəbər verir.
Rəsmi Sudanda təhlükəsizlik vəziyyətinin xeyli pisləşdiyini vurğulayıb. Kirbinin sözlərinə görə, Birləşmiş Ştatlar Sudanda münaqişənin hər iki tərəfi ilə danışıqlar aparıb və onlara “zorakılıq dərhal dayandırılmalıdır” deyib.
Havar Şəfiyeva