"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home HADİSƏ

Bilirdim ki, Səlim Müslümov ciddi adamdır, pul götürməyəcək

24 Oktyabr 2022 - 18:59
in HADİSƏ
FacebookVatsap

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Elchi.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Abbas Əsgərov ifadə verib.
O bildirib ki, Mingəçevir şəhərində özünə məxsus evi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə satıb. Onun sözlərinə görə, nazirliyin işçiləri əlillər üçün evi almaq istədiklərini deyiblər: “Evi 35 min manata razılaşdıq. Amma müqavilədə 46 min 500 manata rəsmiləşdirdilər”.
Daha sonra ifadə verən şahid Əlabbas Qurbanov isə deyib ki, “Memar İnşaat” şirkətində işləsə də, rəhbər olmayıb: “Şirkətə pul ayrılıb, Qazaxda əlillərə ev tikmişik. Cəmi bir ev tikilib. Evi tikməyə 59 min manat ayrılmışdı. Nazirliyin tikilməkdə olan evlərin idarə rəisi Natiq Əzizov tələbə yoldaşım olub. O məni çağırıb soruşdu ki, nə işlə məğulsam, dedim bekaram. Dedi gəl sənə iş verim. Dedim mənim tikinti ilə əlaqəm yoxdur. Natiq dedi ki, bir mütəxəssis taparsan, birləşib işləyərsiniz. Mən də Əhliman müəllimi tapdım, danışdıq, razılaşdıq. Bir müddət sonra Əhliman müəllim başqa iş tapdığı üçün getdi. Mən dedim ki, tək bu işi bacarmayacam. Natiq dedi ki, orda nə var, özüm kömək edəcəm. Evi tikəndə dedilər ki, 7 min manat verməlisən. Həmin pulu nazirliyin daxili nəzarət şöbəsinin müdir müavini Nizami müəllimə verdim. Baxdım ki, özümə xeyir qalmır. Mən də fəhlələrin pulunu ödəyirdim. Özümə bir qəpik də qalmadı”.
Şahid Nazim Hüseynov isə bildirib ki, Zərdab Dövlət Aqrar İnkişaf Mərkəzinin direktorudur, əvvəllər DSMF-də sektor müdirinin müavini olub: “DSMF-də müdir müavini işləyirdim. Yoxlama gəldi, araşdırma aparılandan sonra nöqsanlar aşkarlandı. Daxili Nəzarət Şöbəsinin rəis müavini Nizami Xanlarovla görüşdüm, 8 min manat verdim, işimi düzdü-qoşdu. Bakıda bir yerdə görüşdük, parkda 8 min manat verdim. Bundan sonra məsələ həll olundu”.
Digər şahid Müşfiq Əliyevin sözlərinə görə, “Mühəndis-1″MMC-nin təsisçisi olub: “Polis əməkdaşı Nicat Mirzəyev mənə dedi ki, şirkət var, ora səni rəhbər təyin etmək istəyirik. 500 manat bir, 300 manat alıb iki dəfə qol çəkmişəm. Astara rayonunda 2 ev tikiblər. Həmin evlərə görə qol çəkib pul almışam, amma tikintidən xəbərim olmayıb. Evləri Nicat Mirzəyev tikib. Mən banklardan pulu çıxarararaq Nicata verirdim. Özüm çayxanada çay paylayan işləmişəm. İndi də həmin işlə məşğulam”.
Qurban Kazımov isə deyib ki, sürücü işlədiyi halda adı şirkət rəhbəri kimi rəsmiləşdirilib:
“Mən bir nəfərin sürücüsü işləyirdim. Onun oğlu Nicat Mirzəyev polisdə işləyirdi. O gəlib dedi ki, tikinti işləri ilə məşğulam, səni “Şirvan-S” MMC-nin rəhbəri təyin etmək istəyirəm. Mən də razılaşdım. Nicatın atası İlqar Nərimanov icra başçısının müavini işləyirdi. Nicat mənim adımla 2 ev tikib. Mənim başqa heç nədən xəbərim olmayıb. Nicat xəstəliyə yoluxdu, rəhmətə getdi. İstintaq məni çağıranda bildim ki, 16 min manat mənimsəmə olub. İlqar müəllim həmin pulu verdi, aparıb ödədim”.
Əvəz Sadıqovun sözlərinə görə, Dövlət Sosial Müdafiə Fondunun Ağdam rayon şöbəsinin müdiri işləyib: “Fəaliyyətim dövründə Daxili Nəzarət Şöbəsindən yoxlama gəldi. Araşdırdılar, xırda nöqsanlar aşkarlandı. Bildim ki, işdən çıxaracaqlar. Daxili Nəzarət Şöbəsinin müdir müavini Nizami Xanlarovla görüşdüm. Bir az hörmət elədim ki, işçiləri işdən azad eləməsinlər. Buna görə Nizami müəllimə 10 min manat verdim. Elə ailələr var idi ki, əlillik müddəti başa çatan şəxslərin müddəti barədə məlumat verməmişdik. Xırda nöqsanlar var idi. Ona görə də işçilərdən yığdım, özüm də kredit götürdüm, 10 min manat düzəltdim, Nizami müəllimə verdim.
Pulu verəndən sonra nazirin əmri ilə bizə töhmət verilsə də, işdən çıxarılmadıq”.
Daha sonra ifadə verən Novruz Çıraqov deyib ki, 35 il dövlət qulluğunda işləyib: “2016-cı ildən 2020-ci ilə qədər DSMF-nin Kəlbəcər şöbəsinin müdiri təyin olunmuşam, 2 dəfə yoxlama gəlib. Yoxlama gəldi, təftişdən sonra Nizami Xanlarov mənə zəng vuraraq nazirliyə çağırdı. Nazirliyə getdim, mənə dedi ki, kömək lazımdır. Mən də 8 min manat verdim”.
Şahid qeyd edib ki, ikinci dəfə 2018-ci ilin yanvarında yoxlama gəlib: “Yoxlamadan sonra yenə Nizami müəllim məni çağırdı. Fikirləşdim ki, yenə pula görə çağırıb. Bu dəfə də 10 min manat verdim”.
Hakim bu qədər pulu haradan aldığını soruşub. Şahid deyib ki, əsilli-köklü nəsil olublar, bir çox vəzifələrdə işləyiblər: “10 il icra başçısının müavini işləmişəm. Biz kəlbəcərlilərin qonaqpərvərliyi var. Biz qonaqpərvərliyimizi edirik. 2001-2011-ci illərdə icra başçısının müavini olmuşam. Rayonda arı saxlamışıq, pul qazanmışıq. 100 ildən artıq arıçılıq təsərrüfatımız var. Bizim imkanımız yaxşı olub. Vəzifəmi itirməmək üçün də həmin pulu vermişəm”.
Daha sonra ifadə verən İlham Bayramov isə bildirib ki, DSMF Xocavənd rayon şöbəsinin müdiri işləyib. Onun sözlərinə görə, fəaliyyəti dövründə nazirlikdən yoxlama gəlib və nöqsanlar aşkarlanıb: “Nöqsanları aradan qaldırmaq üçün Nizami Xanlarova 10 min manat verdim”.
Azad Şərifov isə bildirib ki, DSMF-nin Gəncə və Şəmkir rayon şöbələrində rəis işləyib: “2017-ci ildə yoxlama gəldi, bir neçə nöqsanlar aşkarlandı. Nöqsanları aradan qaldırmaq üçün Nizami Xanlarova 20 min manat təklif elədim. Bilirdim ki, Səlim Müslümov ciddi adamdır, pul götürməyəcək və səhvi bağışlamayacaq. Nizami müəllimə yalvarıb yaxardım ki, işi yoluna qoysun. O da işi düzdü-qoşdu, məni işdən çıxarmadılar. Cənab nazir töhmət verdi”.
Növbəti proses oktyabrın 31-də davam edəcək.

Bunu da oxuyun

İsmayıllıda ev və köməkçi tikili yanıb

Bakıda bağlı qapı arxasında qalan uşaqlar xilas edildi

Ceyranbatan qəsəbəsində yaşayış binasında yanğın baş verib

Previous Post

Bilirdim ki, Səlim Müslümov ciddi adamdır, pul götürməyəcək

Next Post

“Rus kanalları Azərbaycanı hədəfə alırsa, İran kanalları da…”-Deputat

Bənzər yazılar

İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllıda ev və köməkçi tikili yanıb

10 Oktyabr 2026 - 13:50

İsmayıllı rayonunun Mican kəndində yanğın hadisəsi baş verib. Elchi.az xəbər verir ki, kənd sakininə məxsus ümumi sahəsi 150 kvadratmetr olan...

Bakıda bağlı qapı arxasında qalan uşaqlar xilas edildi

Bakıda bağlı qapı arxasında qalan uşaqlar xilas edildi

10 Oktyabr 2026 - 10:16

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində bağlı qapı arxasında qalma ilə bağlı müraciətlər...

Ceyranbatan qəsəbəsində yaşayış binasında yanğın baş verib

Ceyranbatan qəsəbəsində yaşayış binasında yanğın baş verib

09 Oktyabr 2026 - 17:48

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən...

Bu il 9 velosipedçi yol qəzasında ölüb, 8 nəfər xəsarət alıb

Bu il 9 velosipedçi yol qəzasında ölüb, 8 nəfər xəsarət alıb

09 Oktyabr 2026 - 14:44

"Velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır...

Next Post
“Rus kanalları Azərbaycanı hədəfə alırsa, İran kanalları da…”-Deputat

"Rus kanalları Azərbaycanı hədəfə alırsa, İran kanalları da..."-Deputat

“Rus kanalları Azərbaycanı hədəfə alırsa, İran kanalları da…”-Deputat

"Rus kanalları Azərbaycanı hədəfə alırsa, İran kanalları da..."-Deputat

Son xəbərlər

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47
Azərbaycanın cüdo nümayəndələri təltif edildi

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

10 Oktyabr 2026 - 17:54
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

10 Oktyabr 2026 - 15:48
DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

10 Oktyabr 2026 - 15:20
Şahbaz Şərif İlham Əliyevə zəng edib

Şahbaz Şərif İlham Əliyevə zəng edib

10 Oktyabr 2026 - 14:01
İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllıda ev və köməkçi tikili yanıb

10 Oktyabr 2026 - 13:50
EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

10 Oktyabr 2026 - 13:30
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

10 Oktyabr 2026 - 13:11
Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

10 Oktyabr 2026 - 13:00
Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

10 Oktyabr 2026 - 12:49
NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

10 Oktyabr 2026 - 12:21
Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

10 Oktyabr 2026 - 12:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.