"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home TƏHSİL

Beynəlxalq Maarif Məktəbləri təhsilimizə nələr vəd edir?-Ekspert AÇIQLADI

03 Oktyabr 2022 - 20:55
in TƏHSİL
FacebookVatsap

Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin (ABMM) açılış mərasimi keçirilib. Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Azərbaycan Milli Məclisinin deputatları, Türkiyədən və Azərbaycandan qatılan digər qonaqlar iştirak ediblər. Qeyd edilib ki, Türkiyə Maarif Vəqfi 17.06.2016-ci ildə TBMM tərəfindən 6721saylı qanunla qurulan və xaricdə Türkiyə Cümhuriyyəti adından təhsil müəssisələri açma səlahiyyətinə malik dövlət qurumudur.

Bunu da oxuyun

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək

Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində təhsilverənlərin bilikləri sertifikasiya əsasında qiymətləndiriləcək

Müəllimədən fərqli addım: “Bahar qızı” olub uşaqları sevindirdi

Yeni tədris ilindən etibarən isə Azərbaycanda ilk dəfə olaraq Beynəlxalq Maarif Məktəbləri təhsil fəaliyyətinə başlayıb. Doqquz min kv. metrlik geniş yaşıllıq sahəni əhatə edən təhsil müəssisəsi, iki mühafizə, bir inzibati və dörd tədris binalarından ibarətdir. Məktəb ağıllı lövhələrlə quraşdırılmış sinif otaqları, laboratoriyalar, emalatxanalar, idman zalı, konfrans zalı və yeməkxana ilə təmin olunub. Beynəlxalq Maarif təhsil standartına əsasən məktəbəqədər, ibtidai, orta və tam orta təhsil imkanları təklif edən təhsil müəssisəsində, əsas fənnlər ilə yanaşı, dərsdənkənar məşğələlər də keçiriləcək.

Beynəlxalq Maarif Məktəblərinin təhsilimizə gətirəcəyi yeniliklər barədə Elchi.az-a açıqlama verən təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, qardaş Türkiyənin çox qədim və zəngin təhsil təcrübəsi var. Türkıyə maarif fondu (Türkiye aydınlanma vakfı) Azərbaycanda təhsıl müəssisələrinin açılması çox böyük hadisədir:

“Əvvəlki təcrübədən də görürük ki, Fond Azərbaycanda öz məktəblərini açmağa və Azərbaycan xalqına dünya standartlarına cavab verən yüksək keyfiyyətli təhsil almaq imkanları yaratmağa çalışır.
Məndə olan məlumata görə Azərbaycan Türkiyə Maarif Fondunun məktəblərinin fəaliyyət göstərəcəyi 44-cü ölkə olacaq. Bakıda yeni məktəbdə təhsil prosesi 12 illik təhsil proqramına əsaslanacaq. Bu imkan verəcək ki, bu məktəbin məzunları rahatlıqla təhsillərinin dünyanın nüfuzlu universitetlərində davam etdisin.
Vakfın əvvəlki təcrübəsindən deyə bilərəm ki, Məktəblər beynəlxalq tələblərə uyğun olacaq. Təhsil haqqında müəyyən beynəlxalq sertifikatlar var. Əlbəttə, onların alınması üçün vaxt tələb oluna bilər. Demək istəyirəm ki, Türkiyə Maarif Fondunun təhsil strategiyasının əsası ayrı-ayrılıqda götürülmüş hər bir ölkənin gözləntilərinə uyğun olaraq keyfiyyətli kadrların hazırlanmasıdır. Fond ilk növbədə yerli standartları və milli xüsusiyyətləri nəzərə alır. Bu məktəblərin açılması ölkələrlə münasibətlərin yaxşılaşdırılması və onların inkişafına töhfədir.
İnanıram ki, bu məktəb də digər təhsil müəssisələrimiz kimi öz sözünü deyə biləcək. Məktəbdə STEAM, robotik kodlama, kompüter laboratoriyası kimi informasiya və texnoloji biliklərin təkmilləşdirilməsinə xidmət edən sahələrin tədrisinə xüsusi diqqət yetirilir. Ana dilində tədris imkanları təklif edən təhsil müəssisəsində türk, ingilis, rus və ispan dillərinin də akademik səviyyəyədək öyrədilməsi hədəflənir ki, bu da ölkəmizdə təhsil mühitində yeni rəqabət mühiti yaradacaq.
Məlumdur ki, Türkiyə təhsili qabaqcıldır, müasir dünya trendləri ilə ayaqlaşır. Ümumiyyətlə, Türkiyədə təhsil sistemi çox yaxşı qurulub. Açılacaq yeni məktəblərdə təlim-tədris proqramına hazırda dünya üzrə ən çox tələbat olan fənlərə üstünlük verilməsi də bunu göstərir. STEAM, robotik kodlama, kompüter laboratoriyası kimi informasiya və texnoloji biliklərin mənimsənilməsinə üstünlük veriləcək. Dərslər Beynəlxalq Maarif tədris Proqramına əsasən həyata keçiriləcək. Sonrakı mərhələdə Azərbaycan, xarici və Türkiyə ali təhsil müəssisələrinə müraciət zamanı da imtahanlara uyğun proqramlar da təşkil olunacaq. Dərslər IELTS/TOEFL/SAT kimi beynəlxalq dərəcəli sertifikat imtahanlarına uyğun keçiriləcək. Bu, şagirdlərə əlavə üstünlüklər verir. Məsələn, türk dilindən bilik səviyyəsi B2 olan şagirdlərə Türkiyədə təqaüdlə təhsil imkanları təklif olunur. Bundan başqa “Maarif” məzunları Türkiyənin dövlət universitetlərinə daxil olduğu zaman təhsil haqqından tamamilə azad edilirlər. Bunlar hamısı Azərbaycan təhsilinin, azərbaycanlı balaların əvvəlcə yüksək səviyyəli ibtidai, sonra orta, daha sonra ali təhsil almaları üçün böyük imkandır. Hazırda dünyada öndə gedən ixtisaslar robotik kodlama, proqramlaşdırmadır. Sözsüz ki, Beynəlxalq Maarif Məktəbləri də bunu nəzərə alaraq Azərbaycana gəlir. Çox yaxşı, müsbət haldır ki, bu məktəblərin Azərbaycanda fəaliyyətinə “yaşıl işıq” yandırılıb. Bu məktəblər Azərbaycan təhsilinə yenilik və rəngarənglik gətirəcək. Təhsil belə də olmalıdır: rəngarəng və daim yenilənən. Çünki həyat bir yerdə dayanmır, daim hərəkətdədir, daim təzələnir, yenilənir. Hazırda dünya universitetlərində bilik yox, bacarıqlar yoxlanır. Xarici dil bilirsənmi, işini planlaşdırma qabiliyyətin necədir, işini necə avtomatlaşdırırsan, alqoritmik təfəkkürün necədir, kodlaşdıra bilirsənmi, texnoloji biliklərin hansı səviyyədədir.
Robotik kodlaşdırma, bir növ proqramlaşdırmanın əsasıdır. Dünya universitetlərində hesab edirlər ki, bunları bilən insan digər fənləri onsuz da mənimsəyə biləcək. Əsas texnoloji biliklərə, insan nə dərəcədə yaradıcıdır, ona diqqət yetirilir və süni intellektə üstünlük verilir. Əvvəllər İstanbulda az qala hər addımda ingilis, fransız dili kursları önünə çıxardı. İndi isə kodlaşdırma kursları açılır. Müasirliklə ayaqlaşmaq mütləqdir. Gərək geri qalmayasan. Ümid edirəm ki, Beynəlxalq Maarif Məktəblərinin ölkəmizdə fəaliyyətə başlaması ilə Azərbaycan təhsili də dünya təhsilinə güclü bir şəkildə inteqrasiya edəcək. Bizim təhsilimiz də dünya təhsil sistemi ilə ayaqlaşacaq. Bu, bizim üçün böyük üstünlükdür. Gənclərin dünyanın qabaqcıl ali məktəblərinə yolu açılacaq. Nəticədə ölkəmiz müasir biliklərə yiyələnmiş istedadlı kadrlar əldə edəcək”.

Yeganə

Previous Post

Beynəlxalq Maarif Məktəbləri təhsilimizə nələr vəd edir?-Ekspert AÇIQLADI

Next Post

Kanada elan etdi: İranın 34 vətəndaşı qara siyahıda…

Bənzər yazılar

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək

14 İyun 2026 - 11:43

Dövlət İmtahan Mərkəzi tərəfindən 14 iyun 2026-cı il tarixində ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək. DİM-dən Elchi.az - a...

Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində təhsilverənlərin bilikləri sertifikasiya əsasında qiymətləndiriləcək

Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində təhsilverənlərin bilikləri sertifikasiya əsasında qiymətləndiriləcək

10 Aprel 2026 - 12:17

Uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində təhsilverənlərin nəzəri və praktiki bilikləri sertifikasiya əsasında qiymətləndiriləcək. Elchi.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu...

Müəllimədən fərqli addım: “Bahar qızı” olub uşaqları sevindirdi

Müəllimədən fərqli addım: “Bahar qızı” olub uşaqları sevindirdi

18 Mart 2026 - 11:10

250 saylı uşaq bağçasında Novruz bayramı münasibətilə keçirilən şənlik uşaqlar üçün unudulmaz anlarla yadda qalıb. Tədbir zamanı bağçanın müəlliməsi Gülnarə...

Ötən il təhsil xərcləri proqnozdan 319 mln. manat az icra olunub

Ötən il təhsil xərcləri proqnozdan 319 mln. manat az icra olunub

28 Yanvar 2026 - 17:47

Ötən dövlət büdcəsindən təhsil xərclərinə 4 milyard 618,3 milyon manat ayrılıb. Bu barədə Elchi.az Maliyyə Nazirliyinə istinadən xəbər verir. Qeyd...

Next Post
Kanada elan etdi: İranın 34 vətəndaşı qara siyahıda…

Kanada elan etdi: İranın 34 vətəndaşı qara siyahıda…

Kanada elan etdi: İranın 34 vətəndaşı qara siyahıda…

Kanada elan etdi: İranın 34 vətəndaşı qara siyahıda…

Son xəbərlər

Dron hücumundan sonra İraq-Küveyt sərhədindəki keçid məntəqəsi bağlayıb

Dron hücumundan sonra İraq-Küveyt sərhədindəki keçid məntəqəsi bağlayıb

23 İyul 2026 - 17:16
Tramp husilərin gəmilərə hücumuna görə İranı hərbi cəza ilə hədələyib

Tramp husilərin gəmilərə hücumuna görə İranı hərbi cəza ilə hədələyib

23 İyul 2026 - 17:08
Tramp Ər-Riyadla mülki nüvə sazişində uranın zənginləşdirilməyəcəyini bildirdi

Tramp Ər-Riyadla mülki nüvə sazişində uranın zənginləşdirilməyəcəyini bildirdi

23 İyul 2026 - 16:56
Zelenski yaxın günlərdə ABŞ-yə səfər edəcəyini bildirib

Zelenski yaxın günlərdə ABŞ-yə səfər edəcəyini bildirib

23 İyul 2026 - 16:49
Komandamız Avropa Universitet Oyunlarının yarımfinalına yüksəlib

Komandamız Avropa Universitet Oyunlarının yarımfinalına yüksəlib

23 İyul 2026 - 16:35
Mərdəkanda dənizdə batan 22 yaşlı oğlanın axtarışları davam etdirilir – VİDEO

Mərdəkanda dənizdə batan 22 yaşlı oğlanın axtarışları davam etdirilir – VİDEO

23 İyul 2026 - 16:23
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir – FOTO – VİDEO

Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir – FOTO – VİDEO

23 İyul 2026 - 16:12
Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması mövzusunda təlim keçirilib

Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması mövzusunda təlim keçirilib

23 İyul 2026 - 16:08
Rubio Ukraynada nizamlanma üçün şərti açıqladı

Rubio Ukraynada nizamlanma üçün şərti açıqladı

23 İyul 2026 - 16:00
Şəhid övladları üçün “Zəfər” Amerika Yay Düşərgəsi keçirilir

Şəhid övladları üçün “Zəfər” Amerika Yay Düşərgəsi keçirilir

23 İyul 2026 - 15:52
ARDNF-in investisiya portfeli 9% artıb

ARDNF-in investisiya portfeli 9% artıb

23 İyul 2026 - 15:45
Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir

Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir

23 İyul 2026 - 15:36
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq

İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq

23 İyul 2026 - 15:28
Saatlıda 9 kq narkotik aşkarlanıb

Saatlıda 9 kq narkotik aşkarlanıb

23 İyul 2026 - 15:20
Azərbaycana gələn turistlər azalıb

Azərbaycana gələn turistlər azalıb

23 İyul 2026 - 15:11
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.