"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Beynəlxalq ictimaiyyətin siyasi təfəkkürünü ayıldan fikirlər – ŞƏRH

23 İyul 2025 - 15:05
in SİYASƏT

prez

FacebookVatsap

Prezident İlham Əliyevin “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda keçirilmiş III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündəki çıxışı ətrafında aparılan müzakirələr səngimir. Artıq bu gün çəkinmədən deyə bilərik ki, sözügedən tədbir beynəlxalq münasibətlər sistemində böyük və əlamətdar hadisəyə çevrilib. Müzakirələr zamanı səsləndirilmiş fikirlərin məzmununa görə Forum hətta yeni dövrün və yeni reallığın rəmzlərindən birinə çevrilməkdədir. Tədbirlə əlaqədar qlobal internet məkanında görə bildiyimiz bəzən hətta isterik olan şərhlər ondan xəbər verir ki, Forum öz siyasi hədəfinə, cənab Prezidentin mühüm mesajları isə öz ünvanına çatıb.

Bunu da oxuyun

Merts Ukraynaya elan olunmamış səfər edib

Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb

Dövlət başçısı İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

Elchi.az Azərtac-a istinadən xəbər verir ki, bu fikirləri politoloq Asif Adil söyləyib.

Politoloq qeyd edib: “Bəli, Forumla əlaqədar təhlillər aparılmalı və mürəkkəb məqalələr də yazılmalıdır. Kənardan baxanda asan gələn mühüm nailiyyətlərin arxasında dayanan titanik əməyi və inanılmaz iradəni hamı görməli, hiss etməlidir. Unutmayaq ki, analitikanın məhdudluğu boşboğaz demaqogiyanın inkişafı üçün münbit şərait yaradır. Təkrarlasaq da deməliyik ki, böyük siyasət böyük təbliğatın aparılmasını tələb edir. Mühüm uğurların gələcək taleyi ucuz demaqogiyanın öhdəsinə buraxılmamalıdır”.

Müəllif bildirib ki, heç şübhəsiz, Azərbaycan Prezidenti tərəfindən Forumda səsləndirilmiş bəzi fikirlər beynəlxalq ictimaiyyətin siyasi təfəkküründə şok effektin yaranmasına səbəb olub. Bu şok hələ uzun müddət “elektrik cərəyanı” kimi bəzi beynəlxalq təşkilatların dəhlizlərində dövr edəcək. Onilliklər ərzində siyasətdə qlobal dəbi və tendensiyaları diktə edən tərəflər özləri haqda acı həqiqəti eşitməyə alışmayıb. Onlar qlobal hakim roluna elə giriblər ki, taxdıqları hakim maskası artıq üzlərinə yapışıb.

Məsələn, dövlətimizin başçısının “Lakin ətraf mühit böhranına ən çox rəvac verənlər, yəqin ki, bu yükü öz üzərinə götürməlidirlər… İqlim dəyişmələri ekzistensional əhəmiyyət daşıyan, inkişaf edən kiçik dövlətlərə gəldikdə, onlara güclü dəstək lazımdır” kimi fikirləri, əslində, dünyada qlobal ekoloji böhrana görə “supergüclər” arasında məsuliyyət bölgüsünün aparılmasına dair açıq çağırışdır. Əlbəttə ki, bu cür fikirlərin səsləndirilməsi üçün güc və iradə tələb olunur. Belə fikirlər dünyada Azərbaycana qarşı həm münasibətin məzmununu, həm də ölkəmizin beynəlxalq statusunu dəyişir.

Qlobal təşkilatların rəhbərliyində təmsil olunan və həmin təşkilatlar üçün ssenari yazanların analoji bəyanatlara reaksiyaları bəllidir. Təsadüfi deyil ki, Azərbaycan vaxtaşırı qərəzli informasiya hücumlarına məruz qalır. Prezident öz çıxışında sözügedən faktı açıq şəkildə etiraf edərək dedi: “… Qərbin ictimai rəyi və Qərb mediasının təsiri Azərbaycana gəldikdə çox mənfi və ədalətsizdir”. Əslində, açıq şəkildə səsləndirilmiş sözügedən fikrin siyasi interpretasiyası odur ki, “mən pislik etmək istəyən tərəfləri tanıyıram və onların əməlləri haqqında məlumatlıyam”. Siyasətdə məlumatlı olmaq isə rəqibi tərk-silah etmək deməkdir.

Prezident İlham Əliyevin növbəti sözləri isə müasir beynəlxalq münasibətlər sisteminin əxlaq fəlsəfəsini aşkar edir: “Güvənmək razılaşmaq demək deyil, etimad göstərmək nədənsə müəyyən dərəcədə narazı olmaq və ya müsbət gündəmdən başqa bir şeyə sahib olmaq demək deyil. Güvənmək, sadəcə olaraq, inanmaq deməkdir ki, əgər bir insan bunu deyibsə, deməli belə olacaq”. Bununla da dövlətimizin başçısı “etimad” məfhumunu təkrarən qlobal siyasətə qaytarmış olur. Hamımız çox gözəl bilirik ki, “etimad” olmayan yerdə münasibətlər dalana dirənəcək. Məhz bu səbəbdən də müasir dünyamızda münaqişələrin sayı durmadan artır.

Ümumiyyətlə, sülhə çağırış Prezident İlham Əliyevin xarici siyasətinin əsas leytmotivlərindən biridir. Prezidentin sülh notlarını biz hətta torpaqlarımız işğal altında olan zaman eşidirdik. Nüfuzlu təşkilatların rəhbərləri beynəlxalq münasibətlər sistemində mədəniyyətlərarası dialoq və multikulturalizm dəyərlərinin aktiv təbliği ilə məşğul olan Azərbaycanı “dünya multikulturalizmin ünvanlarından biri” adlandırırdı. Elə buna görə də Prezident öz çıxışında beynəlxalq ictimaiyyətin diqqətinə bir daha onu çatdırdı ki, sülh prosesinin təşəbbüskarı məhz Azərbaycan olmuşdur.

Prezidentin növbəti fikri isə tərs köşə kimi bir çox tərəflərə toxundu və ciddi şəkildə narahat etdi: “Cənubi Qafqaz sabitlik məkanı olacaq. Bizə sabitlik, təhlükəsizlik lazımdır. Çünki Cənubi Qafqaz əsrlər boyu qan tökülməsi, toqquşma, işğal məkanı olmuşdur və Qafqaz xalqları çox əziyyət çəkiblər. Ona görə də kifayətdir, biz artıq sülh şəraitində yaşamalıyıq”. Qafqaz tarix boyu bəzi ölkələrin qlobal geostrategiyalarının mərkəzində dayanıb. Bunun əziyyətini isə hər zaman regionda yaşayan millətlər çəkib. Bu siyasətə “dayan!” və “yetər artıq!” deyən də ilk dövlət başçısı məhz İlham Əliyev olub.

Bu, sadəcə, özgüvənin təzahürü deyil, bu, ədalətli mövqeyə və rəhbərlik etdiyi xalqa güvənməyin nəticəsidir. Bu cür yanaşma yalnız böyük siyasətçinin mövqeyi ola bilər. Odur ki, ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə səsləndirdiyi fikirləri özünün rəsmi “Truth Social” hesabında paylaşması təsadüfi deyil – ali siyasi etirafın təzahürü olan bu mesaj hörmətin təcəssümüdür. Müəllifi Azərbaycan xalqı olan yeni reallığın konturlarını indi daha aydın görə bilirik.

Previous Post

Yunanıstanda onlarla türk qaçqının sığınacaq statusu ləğv edilib

Next Post

Beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri bəlli olub

Bənzər yazılar

Merts Ukraynaya elan olunmamış səfər edib

Merts Ukraynaya elan olunmamış səfər edib

04 Oktyabr 2026 - 11:11

Almaniya Kansleri Fridrix Merts elan olunmamış səfərlə Kiyevə gedib. Elchi.az xəbər verir ki, o bu barədə "X" sosial şəbəkə hesabında...

Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb

Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb

03 Oktyabr 2026 - 12:58

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə telefonla danışıb. Elchi.az xəbər verir ki,...

Dövlət başçısı İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

Dövlət başçısı İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03 Oktyabr 2026 - 11:55

Prezident İlham Əliyev Koreya Respublikasının Prezidenti Li Cemyönə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident,...

Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib

Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib

03 Oktyabr 2026 - 11:53

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə məktub ünvanlayıb. Elchi.az xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident,...

Next Post

Ukrayna heyəti İstanbulda Putin və Zelenskinin mümkün görüşünü müzakirə etməyi planlaşdırır

Leysan yağacaq, şimşək çaxacaq- XƏBƏRDARLIQ

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15
Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33
İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32
Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08
İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55
Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

04 Oktyabr 2026 - 12:52
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39
Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

04 Oktyabr 2026 - 12:33
SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

04 Oktyabr 2026 - 11:13
Merts Ukraynaya elan olunmamış səfər edib

Merts Ukraynaya elan olunmamış səfər edib

04 Oktyabr 2026 - 11:11
Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

04 Oktyabr 2026 - 11:10
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

04 Oktyabr 2026 - 11:08
4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 - 00:00
Filosof İoanna Kuçuradi vəfat edib

Filosof İoanna Kuçuradi vəfat edib

03 Oktyabr 2026 - 23:00
İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

03 Oktyabr 2026 - 21:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.