"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Beynəlxalq olimpiadalarda parlayan azərbaycanlı şagird

24 İyun 2026 - 23:35
in XƏBƏR LENTİ, CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

Kəlbəcər–Laçın avtomobil yolunda işlərin 50 faizdən çoxu icra olunub

Bazar günü bəzi yerlərdə 40 dərəcə isti olacaq

Əməkdar jurnalist Nurani vəfat etdi

Texniki və Təbiət Elmləri Liseyinin 4-cü sinfini bu il uğurla başa vuran Nəcəfli Nəcəf həm dərs nailiyyətləri, həm də beynəlxalq olimpiadalardakı uğurları ilə diqqət çəkir. O, dörd il ərzində bütün sinifləri yüksək nəticələrlə bitirib, 2-ci sinifdən etibarən beynəlxalq yarışlarda iştirak edərək bir sıra nüfuzlu mükafatlar qazanıb.
Nəcəf SASMO olimpiadasının üçqat qızıl medalçısı, AMO olimpiadasının ikiqat qızıl medalçısıdır. Son olaraq Beynəlxalq Global Olimpiadada 100 faiz nəticə göstərərək Diamond medal qazanıb. Bundan əlavə, Cambridge İngilis Dili Olimpiadasında da 100 faiz nəticə ilə qızıl medala layiq görülüb. Gənc istedadla uğurlarının sirri, maraqları və gələcək planları haqqında söhbətləşdik. – Nəcəf, ilk növbədə səni qazandığın uğurlar münasibətilə təbrik edirik. Özünü oxucularımıza necə təqdim edərdin? – Təbrikiniz üçün çox sağ olun. Mən Nəcəfli Nəcəf, Texniki və Təbiət Elmləri Liseyinin 4-cü sinif şagirdiyəm. – Dörd il ərzində bütün sinifləri əla qiymətlərlə başa vurmusan. Bu uğurun sirri nədir? – Bu uğurun sirri çox çalışmaq və qarşıya məqsəd qoymaqdır. Təkcə çox çalışmaq kifayət etmir, müəllimlərin və valideynlərin dəstəyi də çox vacibdir. Mən hər zaman onların dəstəyini hiss etmişəm. – Beynəlxalq olimpiadalara ikinci sinifdən qatılmağa başlamısan. İlk yarış təcrübən necə olmuşdu? – İlk iştirak etdiyim olimpiada SASMO olub. Bu yarışa evdə müstəqil şəkildə hazırlaşmışdım. İlk olimpiadam çox həyəcanlı keçdi. Nəticələr açıqlananda qızıl medal qazandığımı öyrənib həm mən, həm də ailəm çox sevindik. – SASMO olimpiadasında üç dəfə qızıl medal qazanmaq sənə nə hisslər yaşatdı? – Ardıcıl olaraq qızıl medallar qazanmaq mənə qürur hissi verir. Amma bununla kifayətlənmək istəmirəm. Gələcək illərdə daha çox çalışaraq SASMO olimpiadasında 100 faiz nəticə göstərmək və vətənimi Sinqapurda təmsil etmək istəyirəm. – AMO olimpiadasında iki dəfə iştirak edib hər iki yarışda qızıl medal əldə etmisən. Bu nəticəyə necə hazırlaşırdın? – Mən AMO olimpiadasına anamın və sinif rəhbərim Elnurə müəllimənin dəstəyi ilə hazırlaşdım. Onların mənə göstərdiyi köməyə görə çox minnətdaram. – Beynəlxalq Global Olimpiadasında 100 faiz nəticə ilə Diamond medal qazanmağın sənin üçün nə ifadə edir? – Bu mənim üçün çox önəmli nəticədir. Çünki bu, qazandığım ilk Diamond medaldır. Gələcəkdə bu medalların sayını artırmaq üçün daha çox çalışacağam. – Cambridge İngilis Dili Olimpiadasında 100 faiz nəticə göstərərək qızıl medal almısan. İngilis dilini öyrənmək üçün hansı üsullardan istifadə edirsən? – Cambridge olimpiadası mənim ikinci dəfə iştirak etdiyim ingilis dili yarışması idi. İngilis dili səviyyəm B1–B2 olduğu üçün bu uğurlu nəticəni əldə edə bildim. Daim oxumağa, yeni sözlər öyrənməyə və ingilis dilində mənbələrdən istifadə etməyə çalışıram. – Dərslərlə yanaşı yay aylarında üzgüçülüklə də məşğul olursan. İdman həyatında hansı rol oynayır? – Üzgüçülük həm çox maraqlı, həm də sağlamlıq üçün faydalı idman növüdür. Bu idman bütün bədən əzələlərinin inkişafına kömək edir. Mən hər yay tətilində mütəmadi olaraq üzgüçülüklə məşğul oluram. – Kitab oxumağa böyük həvəsin olduğunu bilirik. Ən çox hansı mövzuda kitablar oxuyursan və sevdiyin kitab hansıdır? – Ən çox elmi-fantastik kitabları oxumağı sevirəm. Oxuduğum kitabların bir hissəsi ingilis dilindədir, digər hissəsi isə bədii ədəbiyyat nümunələridir. Ən sevdiyim kitab isə “Sherlock Holmes: The Red-Headed League” əsəridir. – Gələcəkdə hansı peşənin sahibi olmaq istəyirsən və qarşıdakı illər üçün əsas hədəflərin nələrdir? – Gələcəkdə hüquqşünas olmaq istəyirəm. Tarix fənninə böyük marağım var. Tarixi filmlər izləyir, tarixi şəxsiyyətlər haqqında məlumatlar öyrənirəm. Qarşıdakı illər üçün əsas hədəfim isə daha çox çalışaraq növbəti olimpiadalarda da uğurlu nəticələr əldə etməkdir. – Sonda həmyaşıdlarına nə demək istərdin? – Bütün şagirdlərə uğurlar arzulayıram. Məqsədlərinə çatmaq üçün daim çalışsınlar və özlərinə inansınlar. Müsahibəyə görə təşəkkür edirik və Nəcəfə gələcək yarışlarda yeni uğurlar arzulayırıq.

Previous Post

Sabah Yasamal, Nizami və Binəqədinin bir sıra ərazilərində işıq olmayacaq

Next Post

Modi ilə Paşinyan əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər

Bənzər yazılar

Kəlbəcər–Laçın avtomobil yolunda işlərin 50 faizdən çoxu icra olunub

Kəlbəcər–Laçın avtomobil yolunda işlərin 50 faizdən çoxu icra olunub

22 Avqust 2026 - 13:21

Kəlbəcər-Laçın avtomobil yolunun tikintisi üzrə işlərin 50%-dən çoxu icra olunub. Elchi.az  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir...

Bazar günü bəzi yerlərdə 40 dərəcə isti olacaq

Bazar günü bəzi yerlərdə 40 dərəcə isti olacaq

22 Avqust 2026 - 12:17

Avqustun 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Elchi.az xəbər verir ki, bu...

Əməkdar jurnalist Nurani vəfat etdi

Əməkdar jurnalist Nurani vəfat etdi

22 Avqust 2026 - 11:18

Əməkdar jurnalist Nurani (Tofiqəxanım) Qasımova uzun sürən xəstəlikdən sonra müalicə aldığı xəstəxanada vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə...

FHN “Bilgəh Kardioloji Sanatoriyasın”da təlim keçirib – VİDEO

FHN “Bilgəh Kardioloji Sanatoriyasın”da təlim keçirib – VİDEO

22 Avqust 2026 - 11:09

Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində fəaliyyət göstərən Bilgəh Kardioloji Sanatoriyasında “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim...

Next Post
Modi ilə Paşinyan əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər

Modi ilə Paşinyan əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər

Rumıniya Deputatlar Palatası Moldova ilə birləşməyə dair qanunvericilik sənədini təsdiqləyib

Rumıniya Deputatlar Palatası Moldova ilə birləşməyə dair qanunvericilik sənədini təsdiqləyib

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Astarada dənizdə batdığı deyilən kişinin xaricə getdiyi məlum oldu

Astarada dənizdə batdığı deyilən kişinin xaricə getdiyi məlum oldu

22 Avqust 2026 - 15:57
Azərbaycan-Özbəkistan: Yüksəksəviyyəli münasibətlərdəyeni mərhələ

Azərbaycan-Özbəkistan: Yüksəksəviyyəli münasibətlərdəyeni mərhələ

22 Avqust 2026 - 15:16
“Çelsi” Joao Pedro ilə müqaviləni uzatdı

“Çelsi” Joao Pedro ilə müqaviləni uzatdı

22 Avqust 2026 - 15:01
İşlədikləri şirkəti soyanlar saxlanıldı

İşlədikləri şirkəti soyanlar saxlanıldı

22 Avqust 2026 - 14:38
Xalq artisti Şükufə Yusupova ağır yol qəzasına düşüb, vəziyyəti açıqlandı

Xalq artisti Şükufə Yusupova ağır yol qəzasına düşüb, vəziyyəti açıqlandı

22 Avqust 2026 - 14:13
Kəlbəcər–Laçın avtomobil yolunda işlərin 50 faizdən çoxu icra olunub

Kəlbəcər–Laçın avtomobil yolunda işlərin 50 faizdən çoxu icra olunub

22 Avqust 2026 - 13:21
Almaniya XİN rəhbəri Kiyevdə səfərdədir

Almaniya XİN rəhbəri Kiyevdə səfərdədir

22 Avqust 2026 - 13:00
ABŞ Kanadadan 20 milyard dollarlıq məhsula 50% tarif tətbiq etdi

ABŞ Kanadadan 20 milyard dollarlıq məhsula 50% tarif tətbiq etdi

22 Avqust 2026 - 12:42
Bazar günü bəzi yerlərdə 40 dərəcə isti olacaq

Bazar günü bəzi yerlərdə 40 dərəcə isti olacaq

22 Avqust 2026 - 12:17
Kiyevdə dəmir yolu vuruldu: ölən var

Kiyevdə dəmir yolu vuruldu: ölən var

22 Avqust 2026 - 11:52
Tayvanda 5,1 bal gücündə zəlzələ qeydə alındı

Tayvanda 5,1 bal gücündə zəlzələ qeydə alındı

22 Avqust 2026 - 11:35
Əməkdar jurnalist Nurani vəfat etdi

Əməkdar jurnalist Nurani vəfat etdi

22 Avqust 2026 - 11:18
FHN “Bilgəh Kardioloji Sanatoriyasın”da təlim keçirib – VİDEO

FHN “Bilgəh Kardioloji Sanatoriyasın”da təlim keçirib – VİDEO

22 Avqust 2026 - 11:09
Ölkədə hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

Ölkədə hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

22 Avqust 2026 - 10:50
ƏHD Partiyası Əbülfəz Elçibəyin məzarını ziyarət edib

ƏHD Partiyası Əbülfəz Elçibəyin məzarını ziyarət edib

22 Avqust 2026 - 10:34
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.