Almaniya Müdafiə Nazirliyi Ukraynaya Patriot hava hücumundan müdafiə sistemləri göndərəcək.
Elchi.az xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin sözçüsü Steffen Hebeshtreit jurnalistlərə bildirib ki, Berlin Kiyevə Polşa üçün nəzərdə tutulanlardan deyil, ayrıca Patriot sistemi göndərəcək.
“Bu sistem (Patriot) Polşaya göndəriləcək üç sistemə əlavə olaraq Ukraynaya da göndəriləcək. Bu, fərqli bir sistemdir”, – Hebestrait bildirib.
O, Almaniyanın ukraynalılara öz ölkələrinin ərazisində öz Patriot sistemi üzərində işləmək üçün də təlim keçəcəyini vurğulayıb.
Şayəstə