Bu faktı Hollandiya polisi müəyyən edib.
Elchi.az xəbər verir ki, Hollandiya polisi müəyyən edib ki, 2013-cü ildə Amsterdamda çayda tapılan kişi cəsədi yoxa çıxan rus kolleksiyaçı Aleksandr Levinə məxsusdur, Telegraaf yazır.
Xatırladaq ki, 2013-cü il yanvarın sonunda yoldan keçənlər Amsterdamın Mərkəzi Vağzalının yaxınlığındakı sularda mavi plastik torbaya bükülmüş cəsəd tapmışdılar.
Hollandiya polisi hazırda Ukraynadakı münaqişə ilə əlaqədar Rusiya hakimiyyəti ilə əlaqə saxlamır. Hüquq-mühafizə orqanları Levinin adı açıqlanandan sonra ailə üzvlərinin özləri onlarla əlaqə saxlayacağını gözləyirlər.
Bundan əvvəl Saxalin sahillərində KAZU 1-in qəzaya uğraması nəticəsində ölə bilən daha bir yaponun cəsədi tapılmışdı.Gəmi aprelin 23-də göyərtəsində 24 nəfərin olduğu halda batıb.
Həmçinin bir müddət əvvəl Türkiyənin Alanya şəhərində mənzildə 47 yaşlı Rusiya vətəndaşının meyiti tapılmışdı.
Şayəstə