Belçikada yüzlərlə polis maaşların artırılması tələbi ilə etiraz aksiyası keçirib

61

Belçikanın paytaxtı Brüsseldə yüzlərlə polis maaşlarının artırılması və pensiya hüquqlarının yaxşılaşdırılması tələbi ilə nümayiş keçirib.
Elchi.az xəbər verir ki, Belçikadakı həmkarlar ittifaqlarının çağırışı ilə 300-ə yaxın polis Brüsseldəki Federal Polis Baş İdarəsi qarşısına toplaşıb.
Birliklərin mavi, yaşıl və qırmızı rəngli jiletlərini geyinən polis Federal Polis İdarəsinin qarşısındakı küçəni bağlayıb.
Aksiyaya çoxlu motosikletçi və mülki geyimli polis qatılıb.
Məhəllədə məşəl alovlandıran polis federal hökumətdən maaşların artırılmasını və pensiya şərtlərinin yaxşılaşdırılmasını tələb edib.
Belçikada polis tez-tez maaş və pensiya ilə bağlı etiraz aksiyaları keçirir.
Polis uzun illərdir ki, onların maaşlarının artırılmamasına, vəzifəsi ağır vəzifə kateqoriyasından çıxarılaraq pensiya yaşının artırılmasına etiraz edir.

Şayəstə