Belçikanın Baş naziri Alexander De Croo, “PKK kimi terror təşkilatı kimi təsnif edilən bir təşkilata rəğbət və təxribata dözmək olmaz”-deyib.
Elchi.az xəbər verir ki, Belçikanın Baş naziri “Alexander De Croo” Milli Təhlükəsizlik Şurasının iclasından sonra keçirdiyi mətbuat konfransında son günlər terror təşkilatı PKK tərəfdarlarının ölkənin müxtəlif bölgələrində türkləri hədəf alan hücumlarından danışıb.
De Croo, PKK-nın Avropada da terror təşkilatı sayıldığını vurğulayaraq, “Bu mesajı açıq şəkildə vermək istəyirik: Təxribatlara son qoyulmalıdır”-deyib.
Şiddətli hadisələrə xaricdən çox sayda insanın da qatıldığını qeyd edən De Croo, “Ancaq bunun xaricdən təşkil edildiyinə dair əlimizdə heç bir dəlil yoxdur” -deyə vurğulayıb.
Nuranə Məmmədova