Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hərbçiləri səkkiz ballistik raketi və 26 pilotsuz uçuş aparatını (PUA) ələ keçiriblər.
Elchi.az xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, BƏƏ-nin hava hücumundan müdafiə sistemləri bu gün doqquz ballistik raket aşkar edib, onlardan səkkizi məhv edilib, biri isə dənizə düşüb.
Bundan əlavə, 35 PUA qeydə alınıb, onlardan 26-sı ələ keçirilib, doqquzu isə ölkə ərazisinə düşüb.
Bundan bir gün əvvəl, martın 9-da BƏƏ-nin hava hücumundan müdafiə sistemləri İran tərəfindən 15 ballistik raketin və 18 pilotsuz aparatın buraxıldığını qeydə almışdı.
Məryəm





















