Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan arasında danışıqlar bir neçə gün davam edəcək.
Elchi.az xəbər verir ki, bunu Report-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.
Qeyd edək ki, mayın 1-də ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib.
Görüşdə diplomatlar regionda təhlükəsizlik vəziyyətini, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı məsələləri müzakirə ediblər.
Sahibə Qafarova Türkmənistanda Valentina Matviyenko ilə görüşüb
Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb. Elchi.az xəbər verir ki, bu barədə...




















Son şərhlər