Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan arasında danışıqlar bir neçə gün davam edəcək.
Elchi.az xəbər verir ki, bunu Report-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.
Qeyd edək ki, mayın 1-də ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib.
Görüşdə diplomatlar regionda təhlükəsizlik vəziyyətini, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı məsələləri müzakirə ediblər.
Milli Məclisin iclası başlayıb, büdcə zərfi müzakirə olunacaq
Milli Məclisin növbəti iclası başlayıb. Elchi.az xəbər verir ki, iclasın gündəliyinə 2027-ci üzrə büdcə zərfi daxildir. Bu gün başlayan büdcə...





















Son şərhlər