Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin zəlzələdən zərər çəkmiş ərazilərini ziyarət etmək məqsədilə Qəhrəmanmaraş şəhərinə səfərə yola düşüb.
Bu barədə Elchi.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşü nəzərdə tutulur.
***
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkənin Qəhrəmanmaraş şəhərinə gəlib.
Naziri gətirən təyyarə şəhərin hava limanına eniş edib.
***
Türkiyədə baş vermiş zəlzələ ilə bağlı səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu Qəhrəmanmaraş şəhərindəki dağıntılar olan ərazilərə gəliblər.
Hər iki nazir davam etdirilən axtarış-xiasetmə əməliyyatları ilə yaxından tanış olublar.
Daha sonra Bayramov və Çavuşoğluna əməliyyatlarla bağlı məlumat verilib.
Qəhrəmanmaraşda hər iki nazirin iştirakı ilə mətbuat konfransının keçiriləcəyi nəzərdə tutulub.