Rusiya Federasiyasının Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev “köhnə” Avropa sivilizasiyasının tezliklə yox olacağı barədə xəbərdarlıq edib. Medvedev hesab edir ki, onların rəhbərliyinin indiki siyasəti qitə ölkələri üçün acınacaqlı nəticəyə gətirib çıxaracaq.
Elchi.az xəbər verir ki, Medvedev bu barədə Teleqram kanalında qeyd edib.
“Dünya Avropanın Zevs tərəfindən oğurlanması mifinin vizuallaşdırılmasının şahidi olacaq. Öküz rolunu həyasız Amerika oynayacaq. Onun maraqlarına indi Avropaya xəyanət edən polyaklar və baltlar şəhvətdən ağızlarını açaraq xidmət edir.
Avropa İttifaqının (Aİ) hazırkı liderləri heç vaxt öz sələflərinin yanında durmayacaqlar”.
Medvedevin sözlərinə görə, yeni formasiya liderlərindən fərqli olaraq, onlar müstəqil və çiçəklənən Avropa qururdular: “Bu, xüsusilə ukraynalı soyğunçuların son “şahmatında” nəzərə çarpdı.
Nəticədə ABŞ-ın maraqlarını kor-koranə izləmək avropalılara iki ciddi problem gətirdi. İnsanlar yaşayış xərclərinin hədsiz dərəcədə artması və milli rüsvayçılıqla üzləşdilər. Amma siz niyə mifik 404-cü ölkənin qələbəsi üçün nəsə edə bilmirsiniz”.
Yeganə