"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Baydenin qondarma “erməni soyqırımını” tanımasından ən çox əziyyət çəkən Ermənistan əhalisi olacaq

03 May 2021 - 19:32
in XƏBƏR LENTİ
FacebookVatsap

Cari ilin 24 aprel tarixində ABŞ Prezidenti Co Bayden yaydığı bəyanatda tarixi faktları təhrif edərək “erməni soyqırımı” ifadəsini işlətdi. Ağ Ev rəhbərinin 1915-ci ildə Osmanlı ərazisində baş verən hadisələrini “erməni soyqırımı” kimi tanımasının nə tarixi, nə mənəvi, nə də hüquqi əsası yoxdur. Belə ki, “erməni soyqırımı” anlayışı geosiyasi dövriyyəyə böyük dövlətlər tərəfindən Türkiyəyə təzyiq vasitəsi kimi daxil olmuşdur.
Birinci Dünya müharibəsi başa çatdıqdan sonra Osmanlı dövlətinin kütləvi şəkildə ermənilərin məhv edilməsinə dair hər hansı bir qərarının və siyasətinin olması barədə iddialar öz təsdiqini tapmamışdı. Bu günə qədər də bu iddiaları təsdiq edə biləcək hər hansı sübut yoxdur. Buna baxmayaraq, müxtəlif dövlətlər, erməni diaspor təşkilatları bu məsələni artıq Türkiyə Cumhuriyətinə qarşı təzyiq aləti kimi gündəmdə saxlanılmasında maraqlı idilər.
Qondarma “erməni soyqırımı” iddialarının növbəti dalğası 60-cı illərin ikinci yarısı və 70-ci illərin əvvəllərində müxtəlif erməni terror təşkilatlarının yaranmasi ilə vüsət aldı. 70-ci illərdə ASALA, Erməni soyqırımına dair ədalət kommandosu (JCAG), Erməni inqilab ordusu və s. kimi müxtəlif terror təşkilatları yaradıldı. Dünya dövlətləri tərəfindən qondarma “erməni soyqırımı”nın tanınmasına nail olunması müxtəlif ölkələrdə fəaliyyət göstərən erməni kilsələrinin və erməni diaspor təşkilatlarının himayəsi altında fəaliyyət göstərən bu terror təşkilatlarının əsas məqsədi kimi göstərilmişdi. Həmin terror təşkilatları ABŞ, Fransa, Türkiyə, İsveçrə də daxil olmaqla dünyanın 20-dən artıq ölkəsində qanlı terror aktları həyata keçirmişdilər və 40-dan artıq Türkiyə diplomatını qətlə yetirmişdilər. Həmin vaxtlar müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar qondarma “erməni soyqırımı”nı özlərinin siyasi gündəliyinə yenidən daxil etdilər. Təəssüf doğuran hal həm də ondan ibarətdir ki, ABŞ kimi qüdrətli dövlətin prezidenti Co Bayden erməni terrorçularının qarşıya qoyduqları məqsədin reallaşmasına xidmət etmiş oldu və faktiki olaraq erməni diaspor təşkilatlarının alətinə çevrilmiş oldu.
ABŞ prezidentlərinin bir neçəsi seçki kampaniyaları zamanı seçici səsini qazanmaq üçün erməni diaspor təşkilatlarının nümayəndələrinə “erməni soyqırımı”nı tanıyacaqları barədə vədlər versələr də, öz vədlərini yerinə yetirməmişdilər. Lakin Co Bayden bunu etdi. Sual olunur: niyə?
Məlumdur ki, Türkiyə XXI əsrin əvvəllərindən siyasi, iqtisadi, hərbi və digər sahələrdə dinamik inkişaf edən ölkəyə çevrilib. Görünür, ABŞ Türkiyəni NATO çərçivəsində müttəfiq ölkə kimi ümumi maraqlara xidmət edən, “böyüyə qulaq asan” ölkə olmasına adət edib və bundan sonra da belə olmasını istəyir. Lakin artıq dünya dəyişib, soyuq müharibə dövrünün başa çatmasından 30 il ötür, Türkiyə üçün ən böyük hərbi təhlükə mənbəyi olan SSRİ çoxdan dağılıb. Yeni dövrdə Türkiyə özünün müstəqil milli maraqlarını formalaşdırmağa və müvəffəqiyyətlə həyata keçirməyə başlayıb, bu istiqamətdə ciddi yüksəlişə nail olub. Artıq Türkiyənin maraqları lokal xarakter daşımır, Türkiyə bu gün özünü güclü regional güc mərkəzi kimi təsdiqləyib və onun maraqları regiondan kənara çıxıb. Məhz bu səbəbdən ABŞ və Türkiyə arasında bir sıra fikir ayrılıqları yaranıbdır. Bu gün Türkiyənin Çinlə yüksələn xətlə inkişaf edən münasibətləri, Türkiyənin Rusiyadan S-400 raket kompleksi alması, Aralıq dənizinin şərqində Türkiyənin neft və qaz yataqları kəşfiyyatə, Türkiyənin Suriyanın şimalı və şərqində kürd terrorçularına qarşı mübarizəsi və bir çox digər məsələlər ABŞ-ın xoşuna gəlmir və ABŞ Türkiyəni bu fəaliyyətlərdən çəkindirmək istəyir. Bundan əlavə, ABŞ-ın Suriya ərazisində açıq şəkildə YPG kürd terrorçularını dəstəkləməsi və Suriyanın şimal-şərqində Kürdüstan dövləti qurulması istiqamətində səylər Türkiyənin milli maraqlarına ciddi təhdidə çevrilməkdədir. Aydın deyil, nə üçün ABŞ 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhd edən Güleni himayə edir və Türkiyəyə vermir?
Sözsüz ki, ABŞ prezidentdi anlayır ki, Türkiyənin güclənməsi və beynəlxalq aləmdə qlobal oyunçuya çevrilməsi fonunda artıq qondarma “erməni soyqırımı”ndan bu ölkəyə güclü təsir vasitəsi kimi istifadə etmək mümkün olmayacaq. Odur ki, Bayden bu ifadəni işlətdi və Türkiyə əvvəlki dövrlərlə müqayisədə çox təmkinlə və soyuqqanlıqla bunu qəbul etdi.
Əlbəttə, ABŞ prezidentinin “erməni soyqırımı” ifadəsini işlətməsi siyasi qərardır, tarixin təhrif edilməsidir, bu beynəlxalq məhkəmənin qərarı deyil. Odur ki, hüquqi müstəvidə heç nə dəyişməyib və əminliklə demək olar ki, gələcəkdə də heç bir şey dəyişməyəcək. Mənəvi cəhətdən, əlbəttə, ABŞ prezidenti bu ifadəni işlətməklə, erməni qırğınlarının milonlarla qurbanı olan insanların ruhuna hörmətsizlik nümayiş etdirdi. Bu insanlıq baxımından çox böyük səhvdir.
Bəs Baydenin bəyanatı açıqlanandan sonra az qala toy-bayram edən erməni diasporu, Ermənistan əhalisi nəyə nail oldu? Bayden “erməni soyqırımı” ifadəsini işlətməklə öz seçiciləri olan erməni diaspor nümayəndələrinə hesabatını təqdim etmiş oldu. Erməni diaspor təşkilatları hələ ki, eyforiyadadır. Lakin zavallı Ermənistan əhalisi yenə də uduzan tərəf olaraq qalır. Belə ki, ABŞ prezidenti tarixi təhrif etməklə Ermənistanda antitürk müyllərə faktiki olaraq dəstək vermiş oldu, bu ölkədə revanşist qüvvələri həvəsləndirmiş oldu. Odur ki, yaxın gələcəkdə, yəqin ki, Ermənistanda Türkiyəyə və Azərbaycana qarşı olan qüvvələr bu ölkənin qonşu dövlətlərə qarşı ərazi iddialarından əl çəkməsinə və sərhədlərin açılmasına qarşı çəxacaqlar. Bununla da, özünü təmin etmək üçün iqtisadi imkanları olmayan Ermənistan yenə də izolyasiya edilmiş şəkildə qalacaq. Belə olan halda isə ən çox uduzan tərəf xarici ianələrin hesabına mövcudluğunu gübəla ilə təmin edən Ermənistan yenə də regional iqtisadi layihələrdən kənarda qalaraq dərin siyasi, iqtisadi və sosial təlatümlərin yeni dalğası ilə üzləşməli olacaq.

Bunu da oxuyun

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

Elxan Süleymanov,
AVCİYA prezidenti

Previous Post

Baydenin qondarma “erməni soyqırımını” tanımasından ən çox əziyyət çəkən Ermənistan əhalisi olacaq

Next Post

“Şuşada təməli qoyulan məscid İlham Əliyevin adını daşısın”

Bənzər yazılar

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

07 Oktyabr 2026 - 21:26

Ötən həftə Hörmüz boğazından keçən tankerlərə edilən hücumların sayı İranla müharibə başlayandan bəri ən yüksək səviyyəyə çatıb. Elchi.az  "Reuters" agentliyinə...

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

07 Oktyabr 2026 - 20:22

  Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var. Elchi.az  "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət...

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

07 Oktyabr 2026 - 20:18

Britaniya kral ailəsinin həkim-terapevti Hanna Terri Böyük Britaniyanın şərqindəki Norfolk qraflığında yerləşən Sandrinqem malikanəsinin kənarındakı evində ölü tapılıb. Elchi.az "The...

“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

07 Oktyabr 2026 - 20:12

Bu ilin sentyabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) "Google" axtarış sisteminin bazar payı 97,35 % təşkil...

Next Post
“Şuşada təməli qoyulan məscid İlham Əliyevin adını daşısın”

"Şuşada təməli qoyulan məscid İlham Əliyevin adını daşısın"

“Şuşada təməli qoyulan məscid İlham Əliyevin adını daşısın”

"Şuşada təməli qoyulan məscid İlham Əliyevin adını daşısın"

Son xəbərlər

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

07 Oktyabr 2026 - 21:30
Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

07 Oktyabr 2026 - 21:26
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

07 Oktyabr 2026 - 20:22
Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

07 Oktyabr 2026 - 20:18
“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

07 Oktyabr 2026 - 20:12
DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

07 Oktyabr 2026 - 19:28
AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

07 Oktyabr 2026 - 19:20
Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

07 Oktyabr 2026 - 19:12
Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

07 Oktyabr 2026 - 18:56
Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

07 Oktyabr 2026 - 18:47
BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

07 Oktyabr 2026 - 18:33
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

07 Oktyabr 2026 - 18:25
Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

07 Oktyabr 2026 - 18:16
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

07 Oktyabr 2026 - 17:59
Fransanı şərab böhranı gözləyir

Fransanı şərab böhranı gözləyir

07 Oktyabr 2026 - 17:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.