ABŞ prezidenti Co Bayden müttəfiqlərinin Vaşinqtona etimadını artırmaq məqsədilə Ukraynaya səfər edib və bu barədə müşavirlərinə açıq danışıb. Elchi.az xəbər verir ki, The New York Times NATO üzvlərinin etimadsızlığından yazır.
Bayden ABŞ-ın Ukraynaya dəstəyini Avropada NATO alyansının keçmiş gücünün dirçəldilməsinin tərəfdarı olub və müttəfiqlərini Ukraynanı dəstəkləmək öhdəliyinə inandırmaq üçün müşavirlərinə münaqişənin birinci ildönümünü qeyd etmək istədiyini söyləyib ” deyə yazıda deyilir.
Bayden əvvəllər Ağ Evin bu səfərin mümkünlüyünü inkar etməsinə baxmayaraq, fevralın 20-də Kiyevə gəlib. The New York Times qəzetinin yazdığı kimi, Bayden Kiyevə qatarla gəlib. Ukraynaya səfərin təhlükəsizlik məqsədilə gizli həyata keçirildiyi dəqiqləşdirilib – Amerika lideri xəbərdarlıq etmədən Vaşinqtonu tərk edib.
Bayden Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşü zamanı Ukraynaya 500 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlayıb. Ağ Ev də öz növbəsində Baydenin bu həftə Rusiyaya qarşı yeni sanksiyalar elan edəcəyini qeyd edib.
Havar Şəfiyeva