"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

BAYDENİN “II BJEZİNSKİ PLANI” və SOÇİ GÖRÜŞÜ: Qərblə savaşan Putin Paşinyan-İran əməkdaşlığına nə deyəcək?

27 Oktyabr 2022 - 16:53
in MANŞET
FacebookVatsap

İranın günlər yürütdüyü siyasət, dövlətimizlə təhdid dilində danışmasının bir sıra səbəbi var. Xatırladaq ki, İran tarix boyu Azərbaycana qarşı qısqanclıqla yanaşıb. Bu qısqanclıqlardan biri də İsraillə olan əlaqələrimizdir

Bunu da oxuyun

“Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb” – Qüdrət Həsənquliyev

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

Elchi.az xəbər verir ki, siyasi şərhçi Elxan Şükürlü mövzu barədə şəxsi sosial şəbəkə hesabında açıqlama verib. Onun sözlərinə görə, İranın İsraillə əlaqələrimizi bəhanəyə çevirib, Ermənistanla əməkdaşlıq etməsi nə qədər yanlış, nəticəsi öncədən hesablanılmayan xain və anti-müsəlman addımdırsa, İranın bu siyasətini əsas götürərək bütövlükdə İslam dininin, şiəliyin, “Əhli-Beyt” təmsilçilərinin hədəf taxtasına çıxarılması da eyni dərəcədə yanlış, axmaq və xain hərəkətdir:

“Hər ikisi, mahiyyətcə, müaviyəçilikdir və eyni nəticəni almağa hesablanıb – bütövlükdə İslamı gözdən salmaq, ateist sovet şinelindən çıxmış və dinini dərindən araşdırıb öyrənməyə ehtiyaclı daha bir müsəlman ölkəsində şiəliyə, “Əhli-Beyt” tərəfdarlarına nifrət və qəzəb yaratmaq, yekunda da məzhəblərarası dialoqda unikal üstün imkanlara sahib Azərbaycanda indidən məzhəb savaşının təməllərini atmaq, bünövrəsini yaratmaq!

İşin bir başında ingilis barmağı, o biri başında isə yəhudi ağlı durur, beləcə, bir-birinə pas ötürə-ötürə hədəflərinə doğru da irəliləyirlər. Təəssüf ki, nə o tayda, nə də bu tayda bunu anlayan aydınlarımızın səsi, çağırışı eşidilmir.

Gerçək analitiklərsə görür ki, bu gün ABŞ-ın Bayden administrasiyası Rusiya və Çinə qarşı “demokratların xarici siyasət beyni” sayılan Zbiqnev Bjezinskinin vaxtilə kitablarında yazdığı plan üzrə addım-addım hərəkət etdiyi kimi, İslam coğrafiyasında da soyuq ingilis ağlı və qarışıq yəhudi qanıyla strategiyalar hazırlayan bu məşhur strateqin müəyyənləşdirdiyi xətt üzrə davranır.

Xatırladım ki, Bjezinski ABŞ-ın Rusiyanı çökdürüb Qərbyönümlü etmək üçün slavyan Ukraynada, sürətlə yüksələn Çinin Sakit və Hind okenalarına çıxışlarını nəzarətə almaq üçün Tayvan və Hindistanda möhkəmlənməsini həyati vacib məsələ sayır, Qərbin bütün bu ssenarilərini pozacaq, hərbi, iqtisadi və demokrafik baxımdan getdikcə güclənən “Müsəlman İttifaqı”nın – Türkiyə-İran-Pakistan koalisiyasının formalaşmaması üçünsə bu coğrafiyanı əsrlər boyu qan gölünə çevirmiş ənənəvi məzhəblərarası təfriqənin qorunub saxlanmasını çox əhəmiyyətli bilirdi.

Resurslarla zəngin və əsas nəqliyyat arteriyalarının üzərində yerləşən tarixi İslam coğrafiyasına daimi nəzarətin saxlanması üçün məzhəbçi, radikal təkfirçi düşüncənin, ənənəvi sünni-şiə ziddiyyətinin körüklənməsinin və mexanizmlərinin yaradılmasının çox gərəkli olduğuna isə Bjezinskini hələ ötən əsrin 70-ci illərində Britaniyanın Mİ-6 kəşfiyyat xidmətinin yəhudi əsilli zabiti, nüfuzlu islamşünas alim, professor Bernard Lyuis inandırmışdı…

Diqqət yetirsək, görərik ki, SSRİ-nin çökdürülməsi üçün daim Pentaqonun masası üzərində olan “Bjezinski planı”nı respublikaçılar uğurla tamamladıqları kimi, indi də Bayden administrasiyası “demokratiya uğrunda savaş” adı altında, əslində, Rusiya-Çin-İran üçbucağında məhz post-Rusiya üçün hazırlanmış “II Bjezinski planı”nın icrasıyla məşğuldur: Ukrayna savaşı üzərində Rusiyanın hərbi-siyasi nüfuzunu darmadağın etməklə Putinin hakimiyyətdən getməsinə çalışır; Çinin “Bir Kəmər – Bir Yol” layihəsinin baş tutmaması üçün layihədə iştirak edən ölkələrdə çevriliş ssenarilərinə dəstək verir və Tayvan üzərindən rəsmi Pekini müharibəyə çəkən təhrikçi siyasət yürüdür; Rusiya və Çinlə ittifaqda çıxış edən, Türkiyə və Azərbaycanla birbaşa quru sərhədinə malik İranı, eynən 2011-ci ildə Oman sultanı vasitəsiylə olduğu kimi, sanksiyaları götürmək vədiylə indi də Ermənistan üzərindən həm məxfi danışıqlara cəlb edir, həm də daxilində kürdlərin əliylə iğtişaşlar təşkil edir…

Şübhəsiz ki, bu durumda ən çətin, həm də ən uduşlu geopolitik durumda ola biləcək ölkələr Türkiyə və Azərbaycanın da yer aldığı Türk Dövlətləri Təşkilatlarının (TDT) birləşdiyi blokdur. Problem ondadır ki, TDT üzvü olan Mərkəzi Asiya ölkələri həm də xüsusilə Rusiya ilə eyni hərbi-siyasi, iqtisadi ittifaqda, Çin və İranla iqtsadi əlaqələrdədir (KTMT, Avrasiya Birliyi, Şanxay Əməkdaşlıq Təşkilatı) və onlar heç də bu mərhələdə ABŞ-ın maraqları naminə, öz ölkələrini Rusiya, Çin və İranla düşmən etmək, Ukraynanın gününə salmaq, əhalisini qırğına vermək niyyətində deyillər”.

E.Şükürlünün sözlərinə görə, tam məsuliyyətlə deyə bilərik ki, bu gün Rusiya-Çin-İran üçbucağında yer alan TDT blokunun ABŞ-ın əlində hər üçünə qarşı yeni bir qaynar savaş cəbhəsinə çevrilməməsinin qarşısının alınmasında və ümmətinin bu təlatümlü geopolitik turbulensiya dönəmindən – siyasi qasırğadan ağrısız və uduşla çıxmasında iki liderin – Türkiyə prezidenti Ərdoğanın və Azərbaycan prezidenti Əliyevin müstəsna rolları var və bu səbəbdən hər ikisi indi açıq-aşkar Qərbin hədəfindədirlər:

“Bu, həm də o deməkdir ki, Ərdoğan və Əliyevin qarşıdakı illərdə də hakimiyyətdə qorunub saxlanması və bu tandemin regional təhlükəsizlik və iqtisadi tərəqqi məqsədiylə təklif etdiyi “3+3” formatını reallaşdırmaları təkcə bu ölkələrin əhalisi üçün yox, elə bütövlükdə Cənubi Qafqaz-Mərkəzi Asiya xəttində davamlı sabitliyin qorunub saxlanmasını istəyən bütün ölkələr, xüsusilə də Rusiya, İran və Çin üçün daha çox arzuolunandır”.

Bu baxımdan, gözləmək olar ki, Azərbaycan və Türkiyə prezidentlərinin rəsmi Tehranı pozucu mövqedən çəkindirmək və regional əməkdaşlığa cəlb etmək üçün son günlər ərzində atdığı gərəkli diplomatik təzyiq mesajları 31 oktyabra planlaşdırılan Soçi görüşündə – Putin-Əliyev-Paşinyan danışıqlarında mütləq öz bəhrəsini verəcək, ABŞ-ın Ukraynada apardığı savaşa və bu dəfə Ermənistan üzərindən İranla apardığı məxfi danışıqlara çox ümidli olan sorosçu Nikol Paşinyanın sərt şəkildə cəzalandırılması, ona sülh prosesini tezləşdirən yeni sənədin imzalatdırılmasıyla nəticələnəcək.

Yaxın Şərqin unudulmaz tarixi göstərir ki, ABŞ onların maraqlarına cavab verməyən sülh sazişlərini pozmaq üçün həmişə nəzarətlərindəki radikal islamçı təşkilatları önə verərək, onların əliylə hansısa əməliyyatlarını pərdələməyə üstünlük verir.

Qərbin köhnə, bizim üçünsə yeni olan bu taktikasını ölkəmizdə işləməz hala gətirmək, iflic etmək üçün həqiqi Azərbaycan şiələri, “Əhli-Beyt”sevərlər indi daha təmkinli davranmalı, hər iki tərəfdən zorla çəkildikləri məzhəb savaşı oyununa gəlməməli, öz səbrləriylə məmləkətlərində fitnə atəşini alovlandırmaq istəyənlərin xain əllərini və dilini kəsəcək “Zülfüqar” olmalıdırlar!

Unutmayın ki, 1365 il əvvəl – 657-ci ildəki Siffeyn savaşında Həzrəti Əlini (ə) eşitməyən xəvariclər də doğru yolda olduqlarına inanırdılar, Allah sonradan onların əmllərini və niyyətlərini aşkarlayıb, ifşa etdi!

Əmin olun ki, indi, bu qarışıq vaxtı da “Əhli-Beyt” tərəfdarlarının yurdu olan gözəl məmləkətlərimizdə fitnə salanları Allah özü gec-tez aşkarlayıb üzə çıxaracaq və zəlil edəcək!”.

Previous Post

BAYDENİN “II BJEZİNSKİ PLANI” və SOÇİ GÖRÜŞÜ: Qərblə savaşan Putin Paşinyan-İran əməkdaşlığına nə deyəcək?

Next Post

Zooparkda həyəcan: Dünyanın ən təhlükəli ilanı qəfəsindən qaçdı

Bənzər yazılar

“Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb” – Qüdrət Həsənquliyev

“Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb” – Qüdrət Həsənquliyev

05 Oktyabr 2026 - 12:20

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39

Oktyabrın 4-ü saat 12:00-a olan məlumatına əsasən Azərbaycanın əksər yerlərində yağıntılı hava şəraiti davam edir. Elchi.az xəbər verir ki, bu...

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03 Oktyabr 2026 - 12:52

Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayının keçirilməsi yeni geosiyasi reallıqlar şəraitində mühüm və əlamətdar hadisəolaraq...

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

02 Oktyabr 2026 - 16:23

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII qurultayı ilə bağlı paylaşım edilib. Elchi.az paylaşımı təqdim edir:

Next Post
Zooparkda həyəcan: Dünyanın ən təhlükəli ilanı qəfəsindən qaçdı

Zooparkda həyəcan: Dünyanın ən təhlükəli ilanı qəfəsindən qaçdı

Zooparkda həyəcan: Dünyanın ən təhlükəli ilanı qəfəsindən qaçdı

Zooparkda həyəcan: Dünyanın ən təhlükəli ilanı qəfəsindən qaçdı

Son xəbərlər

Zelenski: Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu Türkiyə gəmisini dronla vurub

Zelenski: Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu Türkiyə gəmisini dronla vurub

05 Oktyabr 2026 - 20:03
AMADA “Zirə”nin aşağı yaş qruplarından ibarət komandaları üçün seminar keçirib

AMADA “Zirə”nin aşağı yaş qruplarından ibarət komandaları üçün seminar keçirib

05 Oktyabr 2026 - 19:54
İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər

İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər

05 Oktyabr 2026 - 19:53
ISNA: Hörmüz boğazında LPG daşıyan gəmi hücuma məruz qalıb

ISNA: Hörmüz boğazında LPG daşıyan gəmi hücuma məruz qalıb

05 Oktyabr 2026 - 19:48
Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib

Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib

05 Oktyabr 2026 - 19:23
Türkiyə tarixində bir ilk: Ardanın qiyməti rekord həddə çatdı

Türkiyə tarixində bir ilk: Ardanın qiyməti rekord həddə çatdı

05 Oktyabr 2026 - 19:17
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır

AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır

05 Oktyabr 2026 - 19:08
Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri görüşüb

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri görüşüb

05 Oktyabr 2026 - 18:57
Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

05 Oktyabr 2026 - 18:45
ƏƏSMN: Prezidentin yeni Fərmanı övladlığagötürmə prosesinin daha əlçatan olmasına imkan yaradır

ƏƏSMN: Prezidentin yeni Fərmanı övladlığagötürmə prosesinin daha əlçatan olmasına imkan yaradır

05 Oktyabr 2026 - 18:37
Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə görüşüb, humanitar məsələlər müzakirə olunub

Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə görüşüb, humanitar məsələlər müzakirə olunub

05 Oktyabr 2026 - 18:23
Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

05 Oktyabr 2026 - 18:11
Bakıda məktəbli qətlə yetirilib, sinif yoldaşı tutulub

Bakıda məktəbli qətlə yetirilib, sinif yoldaşı tutulub

05 Oktyabr 2026 - 17:56
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib – YENİLƏNİB

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib – YENİLƏNİB

05 Oktyabr 2026 - 17:49
Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib

Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib

05 Oktyabr 2026 - 17:38
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.