Bütün beynəlxalq reaksiyalara baxmayaraq, İsrail Qəzzanın cənubunda 1,5 milyon dinc sakinin sığındığı Rəfah şəhərinə girməyə hazırlaşır. Bu çərçivədə ABŞ prezidenti Bayden də Netanyahuya xəbərdarlıq edib.
Elchi.az xəbər verir ki, İsrail ordusu təxminən 1,5 milyon məcburi köçkün fələstinlinin sığındığı Qəzzanın cənubunda və Rəfah şəhərində quru əməliyyatına hazırlaşır.
Beynəlxalq ictimaiyyətin etiraz etdiyi Rəfah əməliyyatı ilə bağlı İsrailə son xəbərdarlıq ABŞ prezidenti Co Baydendən gəlib.
Bayden İsrailin baş naziri Netanyahuya deyib ki, o, Rəfahda bir milyondan çox insanın təhlükəsizliyini təmin etmək üçün etibarlı plan olmadan hərbi əməliyyata başlamamalıdır.
Nuranə Məmmədova