ABŞ prezidenti Co Bayden Ağ Evdə Ukrayna Prezidenti Vladimir Zelenskini qəbul edib. Bayden Ukraynaya 325 milyon dollar əlavə hərbi yardım edəcəklərini açıqlayıb.
Elchi.az xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) paytaxtı Vaşinqtonda olan Ukrayna prezidenti Vladimir Zelenski Ağ Evdə ABŞ prezidenti Co Baydenlə görüşüb.
Oval kabinetdəki görüşdən əvvəl Bayden və Zelenski jurnalistlərə qısa açıqlamalar veriblər. Bayden bildirib ki, ölkəsi Ukraynaya ərazisini Rusiyadan müdafiə etməkdə kömək etməsə, heç bir ölkə təhlükəsiz olmayacaq. Zelenski Baydenə və ABŞ Konqresinə səmimi və konstruktiv dialoqa görə təşəkkür edib.
Şayəstə Hüseynova