ABŞ prezidenti Co Bayden və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasında telefon danışığı olub. Məsələ ilə bağlı açıqlama verən Ağ Ev görüş zamanı İsrail və Fələstin arasındakı münaqişələrin müzakirə edildiyini bildirib
Elchi.az xəbər verir ki, Ağ Ev ABŞ prezidenti Bayden və Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasında telefon danışığı apardığını açıqlayıb.
Bəyanatda bildirilir ki, liderlər Yaxın Şərq regionundakı vəziyyəti müzakirə ediblər və “Prezident ABŞ-ın istər dövlət, istərsə də qeyri-dövlət subyektləri tərəfindən terror təhlükələri ilə üzləşən ABŞ tərəfdaşlarının müdafiəsini tam dəstəklədiyini təsdiqləyib”.
“İki lider regionda sabitliyin qorunması və münaqişənin yayılmasının qarşısının alınması üçün daha geniş diplomatik səyləri davam etdirmək barədə razılığa gəliblər”, – deyən bəyanatda, liderlərin Misirdən Qəzza zolağına humanitar yardımın çatdırılmasından məmnun olduqları bildirilib və əlavə edilib: Mülkilərin fasiləsiz qida, su və tibbi yardım almaq imkanı var”. “Onlar etiraf etdilər ki, bu məqsədlə daha çox şeyə ehtiyac var.”
Nuranə Məmmədova