ABŞ prezidenti Co Bayden səhnədən çıxışı tapa bilməyib.
Elchi.az News.am-a istinadən xəbər verir ki, Amerika televiziya kanalları onun ABŞ-ın milli borc limitinin artırılması ilə bağlı Nyu-Yorkdakı çıxışını yayımlayıb.
Çıxışının sonunda ABŞ prezidenti tamaşaçılara təşəkkür edib və inamla sağa doğru addımlayıb. Yolun yarısında dönüb köməkçilərindən birinin istiqamətini yoxlayıb. Demokrat vida əlaməti olaraq gülümsəyib və baş barmağını qaldırıb.
Xatırladaq ki, əvvəllər Bayden dəfələrlə səhnədən çıxış tapmaqda çətinlik çəkib, bir neçə çıxışı zamanı yanında heç kim olmasa da, əl sıxmaq üçün əlini uzadıb. Demokrat öz çıxışında tez-tez müxtəlif səhvlərə yol verir ki, bunlar ABŞ-da “baydenizm” adlanır.
Respublikaçılar bundan partiyalararası mübarizədə istifadə edir, bu və ya digər “baydenizm”dən istifadə edərək, prezidentin ABŞ-da liderliyini davam etdirmək üçün əqli və fiziki qabiliyyətlərini şübhə altına almaq üçün seçkiqabağı videolar çəkirlər. Keçmiş prezident Donald Tramp aprelin sonunda Nyu-Hempşirdə keçirilən mitinqdə Baydeni səhnədəki davranışına görə ələ salmışdı. Siyasi rəqibini təqlid edən Tramp əllərini yelləyərək, hara getdiyini başa düşmürmüş kimi göstərərək tribunadan çıxıb.
Yeganə