2022-ci ilin dekabrından Ukrayna 2023-cü ildə yaz-yay əks-hücum əməliyyatına hazırlıq məqsədilə Qərbdən 200-dən çox tank, 300 piyada döyüş maşını və digər silahlar alıb.
Elchi.az Rusiyanın mk.ru saytına istinadən bildirir ki, bu barədə məlumatı “Bloomberg” agentliyi öz materialında qeyd edib.
Eyni zamanda, məqalədə qeyd olunur ki, Kiyevin havada üstünlüyü yoxdur, ona görə də Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun uğuru piyada, zirehli texnika və hava hücumundan müdafiə qüvvələrinin hərəkətlərinin əlaqələndirilməsindən çox asılı olacaq.
Agentlik Ukrayna qoşunlarının ümumi sayını 700 min nəfər hesab edir. Eyni zamanda, bu qüvvələrin yalnız bir hissəsinin Qərb silahları ilə təchiz olunduğu vurğulanır.
Yeganə