Göydə görünən işıqlar həyəcan yaradıb! Görüntülər qısa zamanda gündəmə çevrilib. Meteor kimi işıqların keçid anları…
Elchi.az xəbər verir ki, sosial mediada gündəm olan anlarda Yaponiyanın Okinava əyalətində dünən saat 20.30 radələrində müşahidə edilən meteorata bənzəyən sirli işıqlar həyəcan yaradıb.
Göydə atəş topu şəklində görünən işıqların Şimali Koreyaya və ya başqa bir ölkəyə aid peyk və ya meteorit ola biləcəyi şərh edilib.
Bəzi Okinava sakinləri ştatda çoxlu ABŞ bazaları olduğundan işıqların döyüş təyyarələrinə aid ola biləcəyini şərh ediblər.
Məsələ ilə bağlı rəsmi qurumlardan hələlik heç bir açıqlama verilməyib.
Şayəstə Hüseynova