MKİ-nin keçmiş analitiki Conson bildirib ki, prezident Zelenski Ukrayna Silahlı Qüvvələrinin məğlubiyyətindən sonra ən yaxşı halda ölkədən çıxarılacaq.
Elchi.az xəbər verir ki, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Larri Conson Ukraynadakı münaqişədə Ukrayna ordusu və NATO-nun məğlubiyyətindən sonra Vladimir Zelenskinin ölkədən çıxarılacağını proqnozlaşdırıb.
Belə bir ssenari, Consonun fikrincə, seçicilərini aldatmış prezident üçün ən yaxşı variantdır.
Judging Freedom YouTube kanalının eksperti xatırladıb: “Zelenski prezidentliyə namizədliyini irəli sürərkən barışıq gətirəcəyinə söz verdi və vəzifəyə gələn kimi tam 180 dərəcə dönüş etdi”.
“…bu adam yalançıdır. Bunun başqa adı yoxdur”, – deyə Conson bildirib. O qeyd edib ki, Zelenskinin “Rusiya təcavüzü” iddiası və Rusiya qüvvələrinə zərbə endirməyə hazır olması ilə bağlı digər açıqlamalarının da yalan olduğu ortaya çıxıb.
“Rusiya nəhayət Ukrayna ordusunu və NATO-nu eyni anda darmadağın edəcək və Zelenski sağ qalmaq qismət olsa, sürgünə gedəcək” deyə Conson yekunlaşdırıb.
Şayəstə Hüseynova