ABŞ prezidenti Co Bayden Çinlə gərginlik şəraitində ölkələri qorumaq üçün Filippin və Yaponiya ilə təhlükəsizlik əlaqələrini gücləndirmək öhdəliyini ifadə edib.
Elchi.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bayden dövlət liderlərinin üçtərəfli görüşündə deyib ki, Birləşmiş Ştatların Yaponiya və Filippini müdafiə etmək öhdəliyi möhkəm olaraq qalır. “Biz birləşdiyimiz zaman hamı üçün daha yaxşı gələcək qura bilərik”, – Amerika lideri əlavə edib.
Filippin prezidenti kiçik Ferdinand Markos və Yaponiyanın baş naziri Fumio Kişida və Bayden arasında görüş Ağ Evdə baş tutub. Bu, bu ölkələrin liderlərinin üçtərəfli formatda ilk sammitidir.
Yaponiya və Çin arasında Şərqi Çin dənizində yaşayış olmayan Senkaku arxipelaqı (Diaoyu üçün çin adı) ilə bağlı ərazi mübahisəsi var. Filippin də öz növbəsində Cənubi Çin dənizindəki Spratli arxipelaqı (çin adı – Nanşa) üzərində Çinlə ərazi mübahisəsi ilə məşğuldur.
Nuranə Məmmədova