BAXCP-dən Əhməd Obalıya qarşı həyata keçirilən sui-qəsdlə bağlı açıqlama

146

Elchi.az xəbər verir ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) İdarə Heyəti Güney Azərbaycan Televiziyasının (GünAz TV) qurucusu və rəhbəri, Güney Azərbaycan türklərinin hüquq və azadlıqlarının fədakar müdafiəçisi Əhməd Obalıya və oğluna qarşı həyata keçirilən sui-qəsdi qətiyyətlə pisləyir.
BAXCP İdarə Heyətinin Əhməd Obalı və oğlunun vəhşicəsinə döyülməsiylə nəticələnən cinayət hadisəsi ilə bağlı yaydığı açıqlamada belə deyilir.
BAXCP İdarə Heyəti Əhməd Obalıya və oğluna qarşı gerçəkləşdirilən cinayət faktını söz və ifadə azadlığına sui-qəsd kimi qiymətləndirir və Birləşmiş Ştatların müvafiq təsisatlarının sui-qəsdi həyata keçirməkdə şübhəli bilinən şəxslərin və sözügedən cinayətin sifarişçilərinin məsuliyyətə cəlb olunması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirəcəyinə ümid bəslədiyini bildirir.
BAXCP İdarə Heyəti Əhməd Obalıya və oğluna qarşı həyata keçirilən sui-qəsd faktının Azərbaycan Respublikasında da dərin narahatlığa səbəb olduğunu nəzərə alaraq, Birləşmiş Ştatların ölkəmizdəki səfirliyini Azərbaycan ictimaiyyətini baş verən cinayət faktı və araşdırmaların nəticələri ilə bağlı məlumatlandırmağa çağırır”.